26 Avqust 2021 18:16
715
DÜNYA
A- A+

Venesuela Prezidenti daşqınlarla əlaqədar fövqəladə vəziyyət elan etdi

 

Venesuela Prezidenti Nikolas Maduro ölkənin qərbində və cənubunda baş verən şiddətli daşqınlarla əlaqədar fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzalayıb. Trend agentliyinin xəbərinə görə, bu haqda N.Maduro "Twitter"də yayımlanan müşavirə zamanı deyib. Venesuela Prezidenti bildirib: "Apure, Bolivar, Yarakuy, Sulia və Merida ştatlarında təbii fəlakətlərə səbəb olan yağışlar ilə əlaqədar 90 günlük fövqəladə vəziyyət barədə fərman imzalamaq istəyirəm".

Maduronun sözlərinə görə, bu tədbir təbii fəlakətin nəticələri ilə mübarizə üçün lazımi vəsaitin ayrılmasına imkan verəcək.

Məlumat üçün bildirək ki, Venesuelada daşqınlar artıq 20 nəfərdən çox adamın həyatına son qoyub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video