04 Oktyabr 2021 13:04
532
Mədəniyyət
A- A+

Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib

 

Vaşinqtonda on səkkizinci ənənəvi Türk festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda minlərlə Vaşinqton sakini iştirak edib. Şounun təşkilatçıları qonaqlara türk mətbəxinin yeməklərinin və içkilərinin, o cümlədən məşhur türk qəhvəsinin dadına baxmaq, ənənəvi bəzək əşyaları, keramika, müxtəlif əl işləri almaq fürsəti yaradıblar. “ATA-DC” Türkiyə-Amerika cəmiyyəti tərəfindən ABŞ paytaxtında hər il təşkil olunan festival daim ziyarətçilərin böyük marağına səbəb olur.

Festival hər il Vaşinqtonun müxtəlif yerlərində keçirilir. Builki festival paytaxtın “The Wharf” (“Liman”) adlanan tarixi hissəsində təşkil edilib. Əvvəllər burada açıq səma altında ən uzun balıq bazarı yerləşirdi. Son illər ərzində “Wharf” inkişaf edərək Kolumbiya dairəsinin sahilboyunda ən maraqlı yerlərdən birinə çevrilib.

Festivalda türk musiqisi, həmçinin türkdilli xalqların mahnı və rəqsləri, o cümlədən Azərbaycan milli rəqsləri təqdim edilib. Vaşinqtondan olan “Silk Road Dance Company” rəqs qrupu qonaqlara Azərbaycan və özbək rəqsləri nümayiş etdirib. Festival ziyarətçiləri Osmanlı Dövlətinin və Türkiyənin mədəniyyətini əks etdirən eksponatlarla, xüsusən də əl ilə toxunan türk xalçaları, ənənəvi geyimlər və qab-qacaqla tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video