22:36 15 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
14:25 15.04.2021 Onlar bizə əmanət!
 

Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vaşinqton Universiteti hər gün bal yeməyi tövsiyə edir
ANA SƏHİFƏ / SƏHIYYƏ
21:10 27.11.2018

Vaşinqton Universiteti hər gün bal yeməyi tövsiyə edir.
Hər gün bal yeyilsə, damarlarda yapışqan düyün-yığınlar 30 faiz azalır və ateroskleroz riskinin qarşısı alınır.
Siçanlar üzərində testlər göstərdi ki, bunun sirri balın tərkibindəki şəkərdədir. Söhbət treqolozadan gedir. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, treqoloza immun hüceyrələrini damarları yapışqan düyünlərdən təmizləməyə məcbur edən zülalı fəallaşdırmaqla, infarktın və insultun qarşısını ala bilir. Nəticədə damarların divarları elastikləşir, qan dövranı bərpa olunur, təzyiq normallaşır.

Birinci dəfə deyildir ki, bal ən faydalı məhsul sayılır. O, güclü antioksidant xüsusiyyətləri sayəsində orqanizmi toksinlərdən təmizləyir. Yeri gəlmişkən, bal dərinin vəziyyətini yaxşılaşdıran antibakterial xüsusiyyətlərə malikdir. Arıqlamaq istəyən adamlara bal yemək tövsiyə olunur. Balın tərkibindəki şəkər şirniyyatın tərkibindəki şəkərdən fərqlənir. Bal metabolizmi sürətləndirir. Nəticədə insan arıqlayır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM