01:29 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vaseda Universitetinin tələbələri «Yaponiya-Qafqaz iqtisadi və mədəniyyət mübadiləsi proqramı-2012» çərçivəsində Azərbaycana gələcəklər
ANA SƏHİFƏ / TƏHSIL
01:07 05.07.2012

 

Tokionun Vaseda Universitetinin bir qrup tələbəsi cari ilin oktyabrında "Yaponiya-Qafqaz iqtisadi və mədəniyyət mübadiləsi proqramı-2012" çərçivəsində Azərbaycana gələcəkdir.

Bu barədə proqramın təqdimat mərasimində çıxış edən Vaseda Universitetinin professoru Hiroaki Mohri məlumat vermişdir. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdıran H.Mohri keçmiş SSRİ respublikaları arasında ölkəmizin daha böyük uğurlar qazandığını vurğulamışdır. O qeyd etmişdir ki, son illər böyük iqtisadi nailiyyətlərə imza atan Azərbaycan həm də mühüm beynəlxalq tədbirlərin təşkil edildiyi ölkəyə çevrilməkdədir.  Təqdimat mərasiminə hazırda Tokioda yaşayan azərbaycanlılardan bir qrupunun dəvət edildiyini bildirən H.Mohri qeyd etmişdir ki, bundan məqsəd tələbələrə Azərbaycan ilə daha yaxından tanış olmaq imkanı yaratmaqdır.

Pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərova, Azərbaycan Dövlət Teleqraf Agentliyinin Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev, Dövlət Statistika Komitəsinin şöbə müdiri Ehtiram İsgəndərov, Vaseda Universitetinin magistri Emil Cəfərzadə tələbələrin çoxsaylı suallarını cavablandırmışlar.

Ölkəmizin qədim sivilizasiyaların qovşağında yerləşdiyi, zəngin mədəniyyətə malik olduğu qeyd edilmiş, müasir Azərbaycanın uğurları barədə məlumat verilmişdir.

Görüş çərçivəsində yapon dilində ilk nömrəsi nəşr edilmiş "İRS-İsan" jurnalı tələbələrə təqdim olunmuş, buradakı məqalələrin Azərbaycan ilə tanış olmaq üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Tələbələrə həmçinin Azərbaycanın qədim xalçaçılıq sənətindən bəhs edən ingilis dilində "Azərbaycan xalçaları" jurnalı da hədiyyə edilmişdir.

Mərasimdə tələbələrin Azərbaycanın qədim tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, "Eurovision-2012" mahnı müsabiqəsi və digər mövzularda sualları ətraflı cavablandırılmışdır.

Proqram çərçivəsində tələbələrin Bakı şəhərindən əlavə, Şəki və Qax rayonlarına da gedəcəyi, tarixi və mədəniyyət abidələri ilə tanış olacağı, Bakı Dövlət və Azərbaycan Dillər universitetlərində həmyaşıdları ilə görüşlər keçirəcəyi, müxtəlif mövzularda diskussiyalara qatılacağı bildirilmişdir.

Tələbələrin son vaxtlar Yaponiyada adı daha tez-tez səslənən Azərbaycanı daha yaxından tanımaq üçün böyük həvəs göstərdiyini qeyd edən professor H.Mohri ətraflı məlumata, qiymətli nəşrlərə görə minnətdarlığını bildirmiş, səfərin nəticəsi olaraq tələbələrin universitetdə məruzələrlə çıxış edəcəklərini diqqətə çatdırmışdır.

 

Vüqar AĞAYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Tokio



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM