11:09 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Varikozun həyati təhlükəsi
ANA SƏHİFƏ / SƏHIYYƏ
16:57 12.09.2018

Varikoz bu gün dünyada ən çox yayılmış xəstəliklərdən biridir. O, minlərlə insanın əsl faciəsinə çevrilmiş problemdir. Bunu bizə müraciət edən xəstələrin bir çoxunun həyat və xəstəlik anamnezinin öyrənilməsi də göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin cərrah-fleboloqu, professor Məhəmməd Kərimov deyib.

Həkim bildirib: "Adama elə gəlir ki, insanlar bəzən sanki öz həyatlarını sınağa çəkmək, bədənlərində nə vaxtsa partlayacaq minanı gəzdirmək, ülgücün üzəri ilə getməkdən məmnunluq duyur, bunu ekstremallara çevrilirlər. Lakin hər bir təhlükəli vəziyyətin nəticələri, nə ilə sonlana biləcəyi ehtimallarını onlara izah etdikdə ekstremalların çoxu bunu anlayır və dəyişməsi istiqamətində addımlar atırlar. Lakin təəssüflər olsun ki, bəzi xəstələr bizim bütün cəhdlərimizə, kütləvi informasiya vasitələrində, qəbullarda, təkbətək söhbətlər zamanı verdiyimiz tam izahatlara baxmayaraq şəxsi sağlamlığına olan münasibətini dəyişmir və "Heç nə olmaz, filankəs bununla yüz il yaşadı” kimi fikirlərlə özlərinə təskinlik verirlər. Ən qorxulusu isə budur ki, belə insanlar özlərinə bəraət qazandırmaq məqsədilə bəzən problemi daha da qabardaraq "Filankəsin ayağı cərrahi əməliyyatdan sonra qurudu” kimi bir sıra terminlər də işlədirlər. Bu da psixoloji cəhətdən nəinki özlərinə, hətta başqalarına da mənfi təsir göstərir. Belə yanlış fikirlərlə yaşayan insanlar az deyil. Bu isə ağır fəsadlarla nəticələnir: tromb, qanaxma və yaxud da ayaqda uzun illər sağalmayan trofiki xoralar. Lakin belə olduğu təqdirdə artıq gec olur.

Bu səbəbdən hər bir problemin, xüsusilə də sağlamlıqla əlaqədar yaranan hansısa patoloji halın vaxtında aradan qaldırılması vacibdir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM