03:16 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vaksinlər barədə dezinformasiya səngimir

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:40 10.03.2021

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yeni tip koronavirusa yoluxanların sayı 116,1 milyon nəfəri keçmiş, onların 2,5 milyonu vəfat etmişdir. ABŞ-ın Cons Hopkins Universiteti də oxşar rəqəmlər təqdim edir: planetdə 116,8 milyon nəfərdən çox adam COVID-19-a yoluxmuş, 2,59 milyon nəfərdən çox adam bu xəsətəliyin qurbanı olmuşdur.

Təsdiqlənmiş yoluxma hallarının sayına görə ABŞ dünya lideri olaraq qalır; Birləşmiş Ştatlarda 28,9 milyon nəfər koronavirusa yoluxmuşdur. Hindistan ikinci (11,2 milyon), Braziliya üçüncü (11 milyon), Rusiya dördüncü (4,3 milyon), Böyük Britaniya beşinci yerdədir (4,2 milyon). Fransa, İspaniya və İtaliyada infeksiyaya 3 milyondan çox yoluxma halı qeydə alınmışdır.

Hazırda dünya dövlətləri əhalinin koronavirusa qarşı peyvəndlənməsi kampaniyasını təşkil edir. Kampaniyanın tələb olunan səviyyədə keçirildiyini söyləmək mümkün deyil. Vaksinlərin dünya miqyasında ədalətli şəkildə bölüşdürüldüyünü də iddia etmək olmaz. Xüsusilə yoxsul ölkələrin bu baxımdan vəziyyəti ürəkaçan deyil. Elə ölkələr var ki, onların vaksinə əli hələ çatmamışdır və ona görə də peyvəndləmədən söhbət gedə bilməz.

Nə qədər qəribə olsa da, Avropa kimi inkişaf etmiş regionda da vaksin təchizatı işində ciddi problemlər var. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qeyd etmişdir ki, Avropa İttifaqında (Aİ) vaksin tədarükünə görə məsuliyyəti “AstraZeneca” şirkəti daşıyır, amma şirkət öhdəliklərini yerinə yetirmir. Belə ki, “AstraZeneca” Aİ-yə indiyədək təxminən 10,7 milyon doza vaksin göndərmişdir, hərçənd şirkət mart ayının sonuna qədər 40 milyon doza tədarük etməyi öhdəsinə götürmüşdü.

Eyni zamanda mövcud vaksinlərin effektivliyi barədə müzakirələr davam edir. Bu da tamamilə təbiidir, çünki əhaliyə məhz ən yaxşı vaksinin seçilib vurulması anlaşılandır. Eyni zamanda bu və ya digər ölkənin hazırladığı vaksin barədə dezinformasiya kampaniyasının aparılması nəzərə çarpır.

ABŞ zaman-zaman iddia edir ki, Rusiya başqa ölkələrin hazırladığı vaksinləri hədəfə alıb. Vaşinqtonun fikrincə, Rusiya xüsusi xidmət orqanlarının dəstəklədiyi dörd internet saytı Qərb istehsalçılarının, o cümlədən ABŞ-ın “Pfizer” və “Moderna” şirkətlərinin vaksinlərinə etibarı sarsıtmaq üçün dezinformasıya yayır. Dövlət Departamentinin mətbuat katibi Ned Prays dünən mövzuya yenidən qayıdıb bildirmişdir ki, sözügedən saytlarda iki vaksin haqqında deinformasiya məzmunlu materiallar yer almışdır, halbuki ABŞ Ərzaq və Dərmanların Keyfiyyəti Məsələləri İdarəsi həmin vaksinləri bəyənmişdir. Prays Rusiyanı ittiham edərək demişdir: “Rusiya köhnə hiylələrə əl atır və bununla da hər gün həyatları xilas edən vaksinlər haqqında dezinformasiya yayaraq insanları potensial riskə məruz qoyur”.

Öz növbəsində Moskva Vaşinqtonun ittihamlarını davamlı olaraq rədd edir. Elə srağagün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov belə iddiaları növbəti dəfə nonsens kimi qiymətləndirmişdir: “Bu, cəfəngiyyatdır. Rusiya xüsusi xidmət orqanlarının vaksinlərin tənqid olunması ilə heç bir əlaqəsi yoxdur”. Peskov qeyd etmişdir ki, Rusiya hakimiyyət orqanları yerli “Sputnik V” vaksini barədə hər mənfi rəyi ABŞ xüsusi xidmət orqanlarının fitnə-fəsadı kimi görsəydi, ağlını itirmiş olardı”.

Vaksinlər barədə yeni dezinformasiya iddiaları bu yaxınlarda ABŞ-ın “The Wall Street Journal” qəzetində çap olunmuş məqalə yenidən gündəmə gətirmişdir. Qəzet yazırdı ki, Rusiya hökuməti və dövlət KİV-i “Pfizer” vaksininin təhlükəsizliyi ilə bağlı narahatlıq doğurmaq və bununla da özünün “Sputnik V” vaksininin bazara çıxması yolunu təmizləmək üçün kampaniya başlatmışdır. “The Wall Street Journal” ABŞ Dövlət Departamentinin Qlobal Əməkdaşlıq  Mərkəzinin əməkdaşına istinadən xəbər verirdi ki, Rusiya kəşfiyyatının təşəbbüsü ilə mətbuatda ən azı dörd yazı dərc olunmuşdur. Həmin materiallarda “Pfizer” vaksininin effektivliyi və təhlükəsizliyi şübhə altına alınır, yan təsirləri riskinin artması qeyd olunur və deyilirdi ki, Vaşinqtonun preparatın qeydə alınması prosedurunu sürətləndirmişdir.

Dünyanın ölkələrində bu və ya digər vaksinə münasibət fərqlidir. Rusiyanın “Sputnik V” vaksini də birmənalı qarşılanmır. Məsələn, Avropa Dərman Vasitələri Agentliyinin sədri Krista Virtumer-Hohe bu vaksinin Avstriyada təcili təsdiqlənməsi ehtimalını “rus ruletkası” ilə müqayisə etmiş, başqa sözlə, preparatı bəyənən ölkələri geri çəkilməyə sövq etməyə cəhd göstərmişdir.

Ümumiyyətlə, koronavirus pandemiyasına qalib gəlmək üçün bəşəriyyətin sıx əməkdaşlıqdan başqa yolu görünmür. Nə qədər acınacaqlı olsa da, dünyanın aparıcı ölkələri başqa yol seçirlər: bəziləri bazarı ələ keçirmək üçün bütün mümkün vasitələrə əl atır, bəziləri də ümumbəşəri bəlaya geosiyasi, diplomatik və s. rəng qatır.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM