06:03 16 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vaksinlənmə olmasa, pandemiya uzun illər davam edə bilər

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:55 18.04.2021

 

Bir ildən çoxdur ki, dünyada COVID-19 adlanan pandemiya tüğyan etməkdədir. Xəstəlik o qədər qəfildən peyda oldu ki, bu, Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssisləri, infeksionistlər arasında da çaşqınlıq yaratdı. O, tamamilə yenidir və yeni olduğuna görə də dəqiq və effektli müalicəsi hələ ki, yoxdur. Dünya mütəxəssisləri sinaq üsulu ilə, yoxlamaqla, məlum dava-dərmanlarla müalicə aparmağı tövsiyə etməyə məcbur qaldılar.

Ümidlər 2 varianta idi: 1) virus öz-özünə yox olacaq, pandemiya qurtaracaq, 2) effektiv vaksin hazırlanacaq və dünya peyvənd yolu ilə bu qorxunc pandemiyadan xilas olacaq. Bu ümidlərin özlərini doğrultması üçün zaman, bəlkə də pandemiya şəraitinə nəzərən uzun görünən bir müddət lazım idi. Ona görə də bir cox ölkələrdə aparıcı mütəxəssislər - infeksionistlər vaksinin hazırlanması istiqamətində dərhal elmi fəaliyyətə başladılar və elan etdilər ki, hər hansı vaksinin hazırlanması, sınaqlardan keçirilməsi ən azı bir il, bəlkə də daha çox zaman tələb edəcəkdir.

İndi  bir ildən artıq vaxt keçib, bu ümidlərdən hansıları özünü doğruldub? Ötən dövr göstərdi ki, koronavirus “öz xoşu ilə” yox olmaq “fikrində” deyil, amma müqayisə üçün deyək ki, məsələn, quş qripi virusu yox olmuşdu. Ən ehtimallısı odur ki, koronavirus, bir çox digər viruslar kimi, dünyada insanlarla yanaşı, onların bədənində yaşayacaqdır. Bu o deməkdir ki, birinci varianta daha ümid yeri qalmamışdır.

Dünyanın pandemiyadan yeganə xilas yolu vaksinləşmədən keçir. Əlbəttə ki, tarixdə ayrı-ayrı ölkələrdə epidemiyalar mövcud olmuşdur, lakin bu epidemiyalar dünyaya yayıla bilməmiş və pandemiyaya çevrilməmişdir. Çünki o dövrlərdə dünya “böyük” idi və əhali isə qat-qat az idi, ölkələr arasında sıx əlaqələr, gediş-gəlişlər bu həddə deyildi. Kiçik ərazidə lokallaşmış epidemiya, daşıyıcılar olmadığı üçün tez sönməyə məcbur idi.

COVID-19 virusunun insan bədənində “ziyansız” yaşaması üçün, yəni qorxulu olmadan insanlıqla yanaşı yaşaması üçün bütöv bəşəriyyətdə dünyəvi immunitet yaranmalıdır. Dünyəvi immunitet nədir?

İnsan o zaman yoluxucu xəstəliyə tutulmur ki, onda həmin xəstəliyə qarşı immunitet mövcud olsun. Dünyəvi immunitet nə üçün mühümdür? İş ondadır ki, indi, müasir texnologiyalar əsrində, informasiyaların sürətlə yayıldığı dövrdə, milyonlarla insanların gecə-gündüz, arası kəsilmədən hər tərəfə, bir ölkədən digərinə böyük sürətlərlə yerdəyişmələr etdiyi dünya çox “kiçilmişdir”. Məsələn, artıq bilirik ki, dünyanın harasında bir insan yoluxucu xəstəliyə tutulursa, tezliklə yayılır, ekologiya haradasa pozulursa, o, dərhal dünya ekologiyasina öz mənfi təsirini göstərir və s. Deməli, insanın sağlam, problemlərsiz yaşaması üçün hər yerdə, yəni əhalinin hər bir orqanında, hər bir hüceyrəsində sağlamlıq olmalıdır. Dünyəvi immuntet məhz bu nəhəng insanın immunitetidir.

Dünya ölkələrinin liderləri bəşəriyyətin vahid və nəhəng bir canlı olduğunu qəbul etməsələr, buna üyğun davranmasalar, dünya getdikcə daha çox cətin vəziyyətlərə düşə və həlli müşkül olan problemlərlə qarşı-qarşıya qala bilər. Pandemiyalar, iqlim dəyişiklikləri, ekoloji tarazlığın pozulmaları, içməli su qıtlığının, enerji növlərinin çatışmazlığının yaranacağına dair şübhələr, proqnozlar belə qlobal problemlərin çox da uzaqlarda olmadığına siqnallardır. Ona görə də belə nəticəyə gəlirik ki, COVID-19 pandemiyası öz-özünə yox olmayacaq. Bu, o zaman baş verə bilər ki, əhalidə dünyəvi immunitet yaranmış olsun.

Hazırda dünyəvi immunitet yaranmayib. Onun yaranmasının 2 yolu var: təbii və süni yollar.

Təbii yolda müxtəlif və çox uzun ssenarilər mövcuddur. Dünya insanlarının hamısı (heç olmasa, 80 - 90%-i)  bu virusa yoluxmalıdır ki, immunitet yaransın və pandemiya sönsün. Bu yol uzun və ağrılıdır, arzuolunmazdır, çünki bu zaman itkilər çox olacaq və Linney - Darvin dili ilə desək, dünya insanları arasında təbii seçmə baş verəcəkdir. Başqa sözlə, “güclülər” virusa qalib gələcəklər, “zəiflər” isə sıradan çıxacaqlar.

Artıq bilirik ki, pandemiyanın əvvəlindən keçən bir il ərzində təxminən 100 milyon insan bu virusa yoluxdu. Yer kurəsi əhalisinin sayı 8 milyarda yaxındır. Bu kecən il ərzində pandemiyanın gedişi göstərdi ki, Dünya Səhiyyə Sistemi böyük gərginlik yaşadı və yoluxmanın sürəti bundan bir az da böyük olsa idi, sistem yəqin ki, dözməzdi, dağılardı. Dünyada xaos baş alıb gedərdi. Hər tərəf dəhşətli nüvə müharibəsinin nəticələrini xatırladardı. Belə deyək ki, ildə 1 milyard insan virusa yoluxsaydı, belə xaoslu pandemiya 8 il davam edərdi. Dövlətlər karantin qaydalarını sərtləşdirməklə yoluxma sürətini heç olmazsa bu birilki səviyyədə (yəni hər il 100 milyon insanın virusa yoluxması səviyyəsində), dözümlülük səviyyəsində saxlamaqla dünya xaosunun qarşısını alır, almağa da məcburdur. Beləliklə, virusa yoluxma sürətinin ildə 100 milyon insana bərabər olduğunu qəbul etsək, onda Yer kürəsi əhalisinin hamısının özbaşına, təbii yolla virusa yoluxması üçün 80 ilə yaxın vaxt lazım olardı. Yalnız bu qədər vaxtdan sonra dünyəvi immunitet yaranardı və bəşəriyyət pandemiyadan xilas olardı.

Göründüyü kimi, dünyəvi immunitetin yaranmasının təbii yolu arzuolunmazdır, çünki çox uzun sürən və çox qurban tələb edən yoldur. Gəldiyimiz nəticə ondan ibarətdir ki, bəşəriyyəti hazırkı pandemiyadan yalnız vaksinləmə prosesi xilas edəcəkdir.

Bu yolun mahiyyəti vaksinlərin hazırlanıb istifadə edilməsindən, dünya əhalisinin böyük əksəriyyətinin (və ya ən azı 80-90 faizinin) vaksinlənməsindən ibarətdir. Yalnız bundan sonra dünyəvi immunitet yaranacaq və COVID-19 virusu “ziyansız” və “təhlükəsiz” olacaq. Ona görə də dünyanın bütün ölkələrinin əhalisi vaksinasiya olmalıdır. İndi hər şey dünyadakı vaksinlənmənin keyfiyyətindən və sürətindən asılıdır. Bu iş nə qədər tez aparılsa, bəşəriyyət də  pandemiyadan bir o qədər sürətlə xilas olacaqdır.

Vaksinlənmə başa çatana qədər bütün insanlar (vaksin alan və almayanlar) karantin qaydalarına ciddi əməl etməlidirlər. İndi dünyada elə bir vəziyyət yaranmışdır ki, bütün ölkələrin, insanların vahid məqsəd uğrunda - Yerdə sağlam həyatın qalması və davam etməsi uğrunda mübarizədə sıx birliyi,  əməkdaşlığı tələb olunur. Dünya vahid bir dövlət kimi çıxış etməlidir.

Vaksinlərin tətbiqi dünyəvi immunitetin həm tez yaranmasını, həm də pandemiyanın təsirinin itkisiz olmasını təmin edir. Artıq bir neçə variantda vaksin hazırdır və dünyada tətbiq olunmağa başlanılıb, yeni-yeni vaksinlərin hazırlanması prosesi də davam etməkdədir. Bu, Dünya Tibb Elminin böyük nailiyyətidir. Bizim ölkəmiz də vaksinləri alıb gətirən və vətəndaşlarını peyvənd etdirən ilk ölkələr sırasındadır. Bu il yanvarın 18-dən ölkəmizdə vaksinlənmə prosesinə start verilib və pilləli şəkildə uğurla davam etməkdədir.

Vaksinlərlə bağlı bir məsələyə mütləq toxunmaq gərəkdir. Pandemiya 2019-cu il dekabrın sonunda Çində başladı və sürətlə bütün dünyaya yayıldı, indi də yayılmaqdadır. Bu yayılma agır xəstələnmələrə səbəb olur, həm də gözəçarpan itkilərlə müşayiət edilir. Pandemiyanın bu dərəcədə sürətlə və geniş yayılmasına baxmayaraq, nə qədər qəribə də səslənsə, çox insanlar bu xəstəliyin olmasına uzun müddət inana bilmədilər və karantin qaydalarına əməl etmədilər, həmin qaydaları nümayişkaranə surətdə pozmaqda davam etdilər. Nəticədə pandemiya geniş vüsət aldı, qurbanlar - itkilər artdı. İndi pandemiyanın varlığına şübhə edən  insanların sayı azalsa da, ətrafımızda belə adamlar hələ də yox deyildir. İndi bu cür inamsızlıq, laqeydlik vaksinlərə qarşı münasibətdə özünü göstərir. İş ondadır ki, bu pandemiyadan xilas olmağın, virusu zərərsizləşdirməyin ən optimal və yeganə yolu bütün dünya əhalisinin (ya da heç olmazsa 80-90 faizinin) effektiv vaksinlə peyvənd edilməsidir. Əhalinin vaksinlənməsi prosesi uzun vaxt, ən yaxşı halda, 1 il vaxt apara bilər. Bu müddətdə vaksin olunanlar da olunmayanlar kimi karantin qaydalarına əməl etməyə borcludurlar, əks halda nailiyyət əldə etmək məsələsi sual altında qala bilər. Onu da qeyd edək ki, vaksinlənmə təkcə insan itkisini sıfıra endirməyəcək, həm də hər cəhətdən, ən əsası, iqtisadi baxımdan hər bir dövlət üçün sərfəli olacaqdır. Ölkəmizə gətirilən və əhalimizə vurulan peyvənd (vaksin) Çin peyvəndidir

(SİNOVAK) və mütəxəssislərin fikrincə, bu peyvənd ən etibarlısıdır. Bunu o fakt təsdiq edir ki, Çin peyvəndi aktivsizləşdirilmiş viruslardan istifadəyə əsaslanmışdır.

Mütəxəssislərin fikrincə, pandemiyaya qarşı olan hazırkı vaksinlərin təsir müddəti 6 aya qədərdir. Ömürlük vaksinlər hələ hazır deyil. Bu fakt da epidemioloji vəziyyəti gərginləşdirə bilər. İş ondadır ki, hamının vaksinlənməsi başa çatmamış əvvəl vaksin vurulmuş insanlara yenidən vaksinlərin vurulması zərurəti yarana bilər və onda bu proses tsiklik xarakter alar. Amma hələlik başqa yol da yoxdur.

Bu gün dünyanın COVID-19 pandemiyasından yeganə xilas yolu vaksinlənmə prosesi bitənədək karantin qaydalarına ciddi əməl etməkdən ibarətdir.

 

Şakir NAĞIYEV,

AMEA Fizika İnstitutunun “Nüvə və yüksək enerjilər fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM