06:40 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vaksinasiyadan yayınanlar həyatlarını təhlükəyə atırlar

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:40 02.07.2021

 

Və ya  koronavirusun digər xəstəliklərin yaranmasındakı rolu

 

Koronavirus artıq dünyada “dillər əzbəri”dir, təəssüf ki, yaxşı mənada yox. İnsanları qorxudan, bəşəriyyəti təhlükə ilə üz-üzə qoyan bu bəla deyəsən qismən də olsa, yaxamızdan qopmaq ərəfəsindədir. Dünyada, o cümlədən də ölkəmizdə COVID-19 pandemiyasına yoluxanların sayı azalmaqdadır.

Son günlərin statistik göstəricilərinə baxdıqda istər-istəməz arxada qalan təlaşlı, vahiməli günləri xatırlamalı olur, özünü bir az da ciddi şəkildə qorumağa çalışırsan.

Bu gün dünyada hər kəsi düşündürən bəlanın nədən yaranması, yaxud yaradılması, qarşısının alınmasının mümkünlüyü barədə bir-birini bəzən təsdiq, bəzən isə təkzib edən məlumatlar artıq o qədər də maraqlı deyil. Ona görə də insanların ötən ildəkindən fərqli olaraq, bu gün daha çox ayıq-sayıq olması təbiidir. COVID-19 pandemiyası bəşəriyyəti yalnız ölüm təhlükəsi ilə hədələmədi, eyni zamanda ölkələrin iqtisadiyyatına da külli miqdarda ziyan vurdu. Səhiyyə sistemi az qala fəaliyyətinin əsas hissəsini koronavirusla mübarizəyə səfərbər etdi. Buna görə də digər  xəstəliklərin müalicəsi arxa plana keçdi.

Bütün bunların, deyəsən, tarixin arxivinə atılmasına az qalıb. Son günlərin yoluxma və sağalma, eləcə də vaksinasiya göstəricilərinə nəzər salsaq, insanların özünüqoruma instinktinin xeyli yüksəldiyini deyə bilərik.

Ötən ilin eyni dövrü ilə müqayisə etdikdə mövcud durumun o qədər də təhlükəli olmamasına baxmayaraq,  tələb olunan qayda-qanunlara əməl etməyin zəruriliyi unudulmamalıdır. İctimai yerlərdə, nəqliyyatda, xüsusən də marşrut avtobuslarında və metroda insanlar ən azı  tibbi maskadan istifadə etməlidirlər ki, yoluxma halları aradan qalxsın.

Doğrudur, insanların koronavirusdan uzaq durması üçün dövlət və hökumət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər, xüsusən bu ilin əvvəlindən başlayan vaksinasiya prosesində iştirak edənlərin sayının günbəgün artması da bu baxımdan təqdirəlayiqdir.

Pandemiya ilə bağlı bir il təxirə salınan futbol üzrə Avropa çempionatı oyunlarının bir qismi də Azərbaycanda keçirilir.  İyun ayının əvvəlində AVRO-2020-nin futbol oyunlarının birinin sonunda Danimarka futbolçusu Kristian Erikson qəflətən meydançada yıxılıb. Tibb işçilərinin vaxtında müdaxiləsi onun həyatını xilas edə bildi. Maraqlıdır: nə baş vermişdi?

Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Emin Hacıbalayev AVRO-2020 futbol meydançasında futbolçunun qəflətən ürək dayanmasının mümkün olan səbəbləri barədə ətraflı məlumat verib. Həkim bildirib ki, peşəkar futbolçu Kristian Erikson hər il kardioloji müayinələrdən keçir. Yalnız müayinədən sonra futbol meydançasına buraxılır. Bu dəfə isə meydançada futbolçunun fiziki yüklənməsi nəticəsində oyunun sonuna yaxın ürəyinin ritminin pozulması, mədəcik fibrilyasiyası və sonra isə ürək dayanması baş verib. Kardio-reanimatoloji tədbirlərlə qısa müddətdə ürəyin ritmini bərpa etmək mümkün olub.

Futbolçu hospitala aparılaraq, vəziyyəti stabilləşdirildikdən sonra kardioloji müayinələr yerinə yetirilib: “...Hipertrofik kardiomiopatiya, sağ mədəcəyin aritmogen displaziyası, Bruqada sindromu, uzun QT sindromu kimi nisbətən nadir rast gəlinən səbəblər daha əvvəl müayinələr zamanı aşkar olunmayan səbəblərdəndir. Ona görə də ilk növbədə EKQ və EXO müayinələri aparılıb. Ürək dayanmasından sonra edilən koronar angio müayinəsi təsdiq edib ki, damarlarda tıxanma olmadığı halda ürək dayanması baş verib. Bundan sonra növbəti addımlar - qan analizləri, genetik analizlər, troponin səviyyəsinin müəyyən edilməsi və ürəyin MRT müayinəsi diaqnoz qoymağa kömək edib. MRT nəticəsində ürək əzələsinin iltihabı - miokardit aşkar olunub...”

Həkimin sözlərinə görə, miokarditin etimologiyası infeksion, toksik, revmatoloji və allergik ola bilər. Futbolçuda isə aşkar olunub ki, virus infeksiyası ürəyin iltihabı ilə nəticələnib. Virus infeksiyası kimi ilkin olaraq simtomsuz keçən COVID-19 xəstəliyi düşünülür. Miokardit ürək əzələsinin zədələnib çapıq toxuma ilə əvəz olunmasına gətirib çıxarır. Bu isə fiziki yüklənmə zamanı tez yorulma, zəiflik, sinədə ağrı kimi əlamətlərin yaranmasına, aritmiyalara, ürəyin böyüməsinə və ən ağır formada isə ölümə gətirib çıxara bilər: “...İltihaba səbəb olmuş əsas xəstəliyin müalicəsi simptomatik və kardio protektiv dərmanların təyini ilə aparılır. 6 aya qədər fiziki məşqlərə qadağa qoyulur. Kristian Eriksona isə qəfləti ölümün qabağını almaq üçün kardioverter-defibrilyator (ICD) implantasiyası məsləhət olunub.  COVID-19 xəstəliyinin belə ağır fəsadlaşmalara səbəb olduğunu nəzərə alaraq, pandemiya zamanı özünü qorumaq üçün karantin qaydalarına ciddi riayət etmək, peyvənd olunmaq və COVID-19 xəstəliyi keçirmiş insanların kardioloji müayinələrdən keçməsi olduqca vacibdir”.

Yalnız bu faktdan göründüyü kimi, COVID-19 pandemiyası ona qarşı mübarizə aparılmasını deyil, ümumiyyətlə, ondan uzaq olmanın vacibliyini ortaya qoyur. Məhz bu baxımdan əldə edilən müəyyən yumşalmalardan arxayınlaşmaya lüzum yoxdur. Hər kəs ayıq-sayıqlığını itirməməli, kütləvilikdən uzaq dayanmalıdır.

Vaksinasiya prosesinə gəlincə, son günlərin məlumatları ürəkaçandır. Lakin bundan arxayınlaşmağın yenidən vəziyyətin pik həddinə qalxmasına səbəb ola biləcəyi də istisna edilmir. Mütəxəssislərin gəldiyi qənaət insanların sağlamlığının daha da möhkəmləndirilməsi deməkdir. Hələ də təəssüfedici hallara rast gəlmək olur ki, bu da insanları çaş-baş salan sosial media üzərindən yayılan dezinformasiyalardır. Lakin ÜST də öz tövsiyə və məlumatlarında dönə-dönə vurğulayır ki, koronavirusdan törənə biləcək, mənşəyi məlum olmayan digər xəstəliklərə düçar olmamaq, eləcə də normal, adi həyata qayıtmaq üçün vaksinasiya tezliklə başa çatdırılmalıdır. Ölkəmizdə vaksinasiya prosesinə qoşulanların sayının son günlər artması da diqqətdən yayınmır. Dünənə qədər vaksinasiyaya şübhəli baxan ailələr indi ərazi tibbi müəssisələrinə müraciət etmək üçün tələsir və qonşularına, yaxın-uzaq qohum-əqrabalarına da peyvəndlənmənin üstünlüklərini anlatmağa çalışırlar.

Bu gün cəmiyyətdə, el arasında belə bir fikir formalaşmaqdadır:  ...tezliklə şadlıq saraylarına aparan yollar açılacaq - ”...deyirlər ki, toy olacaq...”

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM