23:46 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vaksinasiyada da məsuliyyət və fəallıq lazımdır

ANA SƏHİFƏ / TƏHSIL
00:35 28.02.2021

 

Yardımlının pedaqoji kollektivləri peyvəndləmə prosesində nümunə göstərirlər

 

Azərbaycan xalqının həyatında mühüm hadisələr az olmayıb. Ötən ilin əvvəlində koronavirus, payız aylarında isə erməni işğalçılarına qarşı mübarizədə qalib olmağımız da belə hadisələrdəndir.

Hər iki cəbhədə mübarizə aparan dövlətimiz qələbəmiz üçün bütün imkanları səfərbər etdi. Şükürlər olsun ki, 30 ilə yaxın Qarabağdan uzaq düşən dinclik, əmin-amanlıq müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə bərpa olundu. Bayrağımızı Şuşada dalğalandıran Ali Baş Komandan tarixə zəfər imzası atdı.

Xalqımız da hər iki cəbhədə birlik, həmrəylik göstərərək qələbəyə öz töhfəsini verdi. Bu gün də həmin birliyin şahidiyik. COVID-19 pandemiyasından xilas olmaq üçün nümunə göstərməli, dövlətin bu sahədəki siyasətinin təbliğatçıları olmalıyıq. Bu istiqamətdə pedaqoji kollektivlərin də üzərinə xüsusi missiya düşür.

Məlum olduğu kimi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təşkilatçılığı ilə ölkəmizdə fevral ayının 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin

COVID-19 xəstəliyinə qarşı vaksinasiyası prosesinə başlanılmışdır. Vaksinasiya prosesi Yardımlı rayonunda da mütəşəkkilliklə həyata keçirilir. Mərhələli vaksinasiya prosesinin keçirilməsi üçün Yardımlı Rayon Mərkəzi Xəstəxanasında xüsusi peyvənd otaqları ayrılmış, ixtisaslı tibbi personal prosesə cəlb olunmuşdur. Müraciət edənlərin sağlıq durumu yoxlanıldıqdan sonra onlara  peyvənd vurulur. Peyvəndlənənlər müəyyən zaman kəsiyində həkim nəzarətində olurlar.

Mənim də təmsil olunduğum Yardımlı rayonu A.Q.Fətullayev adına Anzov kənd tam orta məktəbinin 50 yaşdan yuxarı yaş qrupuna daxil olan pedaqoji və texniki heyəti adıgedən tibb müəssisəsində peyvəndlənmə prosesini keçmişdir. Fürsət düşmüşkən, vaksinasiya prosesini mütəşəkkilliklə həyata keçirdiyinə, yüksək səriştəli tibbi personalın professionallığına və yaradılan hərtərəfli şəraitə, səliqə-sahmana görə Yardımlı Rayon Mərkəzi Xəstəxanasının kollektivinə minnətdarlığımızı bildirmək istərdik.

 

Malik BALAŞOV,

Yardımlı rayonu A.Q.Fətullayev adına Anzov kənd tam orta məktəbinin müəllimi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM