12 Avqust 2021 00:41
1034
Səhiyyə
A- A+

Vaksinasiya ümumxalq hərəkatına çevrilməzsə...

 

Dünyanın COVID-19-dan xilas olması üçün insanların peyvəndlənməsi birinci və vacib şərtdir

 

Təbii fəlakətlər Yer üzünü son illər bürüməkdə davam edir. Planetin başı üzərində kabus kimi dolaşmaqda olan koronavirus pandemiyasının qarşısının alınması uğrunda iki ilə yaxındır ki, aparılan mübarizə vaksinlərin əldə edilməsi ilə özünün əsas və həlledici mərhələsinə qədəm qoyanda ilk növbədə sevinən, həyatları təhlükədən sovuşacaq əsas qrup məhz həkimlərimiz oldular.

Buna görə də elə ilk vaksinasiya prosesinə də həkimlərimiz, bir sözlə, tibb işçiləri, səhiyyə sahəsində insanların sağlamlığının keşikçiləri iştirak etməklə nümunə göstərdilər. Bu da səbəbsiz deyildi. Əlbəttə, hər bir “yenilik” o qədər də asan qəbul edilmir. Koronavirusa qarşı hazırlanan vaksinlərə də inam insanların müəyyən sosial təbəqəsində yetərincə deyildi. Buna görə də dezinformasiya nəinki bizim ölkəmizdə, əslində, dünyada baş alıb getməkdə idi. Təəssüfləndirici hal da odur ki, COVID-19-dan xilas yolu kimi peyvəndlənmənin vacibliyini bilə-bilə insanlar ondan istifadə olunmasına könüllü qoşulanlara inamsız yanaşırdılar.

Məhz bunun nəticəsində virusa yoluxanların, hətta ölənlərin sayının müəyyən vaxtlarda (əsasən də Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın, Səhiyyə Nazirliyi və TƏBİB-in qəbul etdiyi qərarlarda və bəzi qadağalarda yumşaldılmaya gedildikdən sonra) artması müşahidə edildi.

COVID-19 peyvəndləri mümkün olan ən yüksək təhlükəsizlik standartını qoruyaraq sürətlə hazırlandı. Peyvəndə ehtiyac təcili idi, bu səbəbdən dövlətlər və şirkətlər onu  hazırlamaq üçün daha çox səy göstərdilər. Ciddi təhlükəsizlik və klinik standartlara riayət etməklə yanaşı, vaksinin tədqiqi və hazırlanması bütün dünyada eyni vaxtda baş verdi.

Bəzən insanlarımızı çaşdırmaq  üçün sosial şəbəkələrdə yayılan dezinformasiyaları tirajlamaqdan belə çəkinməyən maraqlı qüvvələr də meydana çıxdı. Onların yaydığı əsassız xəbərlərə görə, peyvəndlər insanları COVID-19-a yoluxdurur və beləliklə də, ona qarşı müqaviməti artırır. Mütəxəssislər isə bunun absurd olduğunu dəfələrlə bildiriblər: hər hansı peyvəndlərdən COVID-19-a yoluxma mümkünsüzdür. İçtimaiyyət üçün əlçatan olan peyvəndlərin heç birinin tərkibində COVID-19-a səbəb olan canlı virus yoxdur. Vaksinasiya qol ağrısı və ya mülayim hərarət kimi yan təsirlərə səbəb ola bilər. Bu, normaldır və peyvəndin işə yaradığına bir işarədir.

Birdəfəlik bilmək lazımdır: peyvəndlər bədənin müəyyən xəstəliklərdən qorunmasına kömək edir. Əlbəttə, bədən ona uyğunlaşanadək, hər hansı bir dərman, qol ağrısı və ya yüngül temperatur artımı kimi kiçik, qısamüddətli yan təsirlərə səbəb ola bilər. Amma bunlar keçicidir.

Vaksinləri sınaqlardan çıxarmağa müxtəlif könüllülər qoşulur. Bu könüllülər coğrafi ərazi, irqi və etnik mənşə, cinsiyyət və yaş baxımından müxtəlifdirlər. Onlar, həmçinin, bu xəstəliyə yoluxmaq riskini daha yüksək edən əlaqəli xəstəlikləri olan insanlardır. Bütün bunlar da əsas yaradır ki, vaksinin hər kəs üçün təklukəsiz olduğu və effektivliyi dönə-dönə sınaqdan çıxarılıb.

COVID-19-la mübarizə üçün vaksin sınaqları təhlükəsizlik və etik standartlara uyğundur.

Onun effektivliyini sınaqdan keçirmək və hər hansı ümumi yan təsirləri, eləcə də  təhlükəsizliklə bağlı problemləri müəyyən etmək üçün minlərlə könüllünün iştirakı ilə çoxsaylı sınaq mərhələləri keçirilir.

Virusoloqlar hesab edir ki, vaksin hazırlanması hansısa məhdud şəraitdə edilə bilməyən mürəkkəb texniki prosesdir. Bura minlərlə könüllünün iştirak etdiyi klinik sınaqlardan öncə laboratoriya şəraitində geniş test sınaqları daxildir. Vaksinlər bir ölkədəki mütəxəssis həkimlər və alimlər tərəfindən təsdiq olunmalıdır.

Daha bir mühüm məsələ də  tibbi maskalardan istifadə ilə bağlıdır. Bəzən bu maskaların əhəmiyyətini şübhə altına salan məqamlara da rast gəlinir. Amma bu, belə deyil. Maskalardan düzgün istifadə insanları xəstəlikdən qoruyur. COVID-19 virusunu daşıyıb-daşımadığını təsdiqləməyin ən yaxşı yolu laboratoriya müayinəsinin aparılmasıdır.

Bir sözlə, vaksinasiya COVID-19-dan xilasolmanın yeganə yolu kimi öz əhəmiyyətini saxlamaqdadır. Peyvəndlərin birinin digərindən keyfiyyətli olub-olmaması absurd görünür. İnfeksionistlər və eləcə də virusoloqlar hesab edirlər ki, vaksinasiya ümumxalq hərəkatına çevrilməlidir. Dünyanın COVID-19-dan xilas olması üçün insanların peyvəndlənməsi isə birinci və vacib şərtdir. Digər yolu isə qızıl qaydalara riayət etməkdir.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video