Vaksin olunmaqla koronavirusa qalib gələ bilərik
ÜST pandemiya ilə mübarizənin yollarının yalnız peyvəndlənmədən keçdiyini bir daha təsdiqlədi
Bir ildən artıqdır ki, dünyanı bürüyən pandemiya (COVID-19) ölkələri hər gün yeni rəqəmlərlə qarşılaşdırır. 2020-ci ilin martından bu günə qədər, yəni ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) koronavirusun yayılmasını pandemiya elan etməsindən ötən vaxt ərzində dünyada virusa yoluxanların sayı 200 milyona çatıb, 4 milyon 200 min nəfər isə vəfat edib.
Yoluxmanın çoxluğuna görə hələ də ABŞ lider ölkədir. Dünənki məlumata görə, bu ölkədə koronavirusa yoluxanların sayı 34 milyon 264 min nəfəri keçib, 613 min 494 nəfər infeksiyadan dünyasını dəyişib. 28 milyon 254 mindən çox insan isə sağalıb.
Bu xoşagəlməz siyahıda ikinci yeri Hindistan tutur. Hindistanda indiyə qədər 29 milyon 183 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 359 min 695 nəfər vəfat edib. Yoluxma sayına görə üçüncü yerdə Braziliyadır. Pandemiya müddətində Braziliyada 17 milyon 125 min nəfər virusa yoluxub, onlardan 479 min 791 nəfər ölüb, 15 milyon 596 min nəfər isə sağalıb.
Azərbaycanda ölüm sayı qonşu ölkələrdən və Avropadan aşağıdır
Azərbaycanda vəziyyət sadalanan ölkələrlə müqayisədə daha yaxşıdır. Bununla belə, koronavirusa yoluxanların sayının artması təlaş doğurmaya bilməz. Yoluxma sayında artım müşahidə edilsə də, ölkədə hər gün peyvənd olunanların sayının artması gələcək üçün nikbin proqnoz verir. Peyvənd olunanların sayı nə qədər artarsa, bir o qədər tez bu virus bəlasından ellikcə qurtula bilərik.
Ölüm sayına görə Azərbaycan qonşu ölkələrdən, hətta Avropadan geri qalır. ÜST pandemiya ilə mübarizənin yollarının yalnız peyvəndlənmədən keçdiyini bir daha təsdiqləyib. Avropa İttifaqı ölkələrinin təxminən 100 milyon sakini koronavirus əleyhinə tam vaksinasiya olunub.
Ölkəmizdə bu sahədə görülən tədbirlər sayəsində yoluxma və ölüm sayı dünya statistikasına görə aşağı rəqəmlərlə ölçülür. Amma arxayınlaşmaq da düzgün olmazdı. Virus hələ də var və dünyanı sarımaqda davam edir. Pandemiyanın ilk vaxtlarında düşdüyümüz sarsıntıdan və qorxudan artıq çıxmışıq. İnsanlar indi virusla mübarizədə və ondan müdafiədə daha ayıqdılar. Artıq vətəndaşlarımız vəziyyəti daha düzgün dəyərləndirib qərar vermək bacarığına yiyələnmişdilər. Bununla belə vaksinasiyadan keçənlərin sayının yoluxanların və itkilərin sayını ötməsi üçün peyvənd olunmağı təxirə salmadan davam etmək lazımdır.
Virusdan ölənlərin 99 faizi peyvənd olunmayan insanlardı
Azərbaycanda vaksinasiya prosesesinə yanvar ayından start verilib. Bugünə qədər ciddi əks göstəriş faktı qeydə alınmayıb. Vaksinasiya olunanlar normal, adi həyatlarına, iş prosesinə davam edirlər.
Yenidən qapanmalara və sərt tədbirlərə ehtiyac olmaması üçün ölkədə peyvənd olunanların sayı əhalinin heç olmasa 80 faizini təşkil etməlidir. Bu göstərici kollektiv immunitetin formalaşmasına gətirib çıxararaq və nəticədə pandemiya bəlasından xilas ola bilərik.
Virusdan ölənlərin 99 faizi peyvənd olunmamış insanlardır. Bu rəqəm peyvənd olunmağın üstünlüyünü bir daha təsdiqləyir. Demək, insanlar vaksin vurdurmağa tələsməlidirlər.
Ramilə QURBANLI,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir...
25 Aprel
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
25 Aprel
Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq ...
25 Aprel
Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
25 Aprel
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib...
25 Aprel
Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!