23 Oktyabr 2021 00:15
922
CƏMİYYƏT
A- A+

Vahid əlaqələndirmə mərkəzlərinə 2100-dən çox şəhid ailəsi üzvü və qazi müraciət edib


Bakıdakı DOST mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 2119 şəxs (o cümlədən Çağrı mərkəzi-142 vasitəsilə 207 şəxs) müraciət edib.

Vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılıb.

Bu mərkəzlərdə şəhid ailələri üzvlərinə, müharibədə xəsarət almış hərbi qulluqçulara, müharibə əlillərinə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə 19 dövlət orqanı (6 mərkəzi, 13 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir.

İlk mərhələdə Bakıdakı DOST mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayan mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir:

 

* Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 570 müraciət;

*  Müdafiə Nazirliyi üzrə 852 müraciət;

*  Səhiyyə Nazirliyi üzrə 48 müraciət;

* Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti üzrə 87 müraciət;

*  Yerli icra hakimiyyəti orqanları üzrə 149 müraciət;

*  İcbari Tibbi Sığorta Dövlət Agentliyi üzrə 46 müraciət;

*  Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 160 müraciət;

 *  Çağrı mərkəzi-142 vasitəsilə 207 müraciət.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video