15 Oktyabr 2011 07:10
311
SİYASƏT
A- A+

Vadim Qusman: «Bakı Beynəlxalq Humanitar Forumu həm regional, həm də dünya miqyaslı möhtəşəm hadisədir»

 

Rusiyanın İTAR-TASS Agentliyinin Böyük Britaniyadakı xüsusi müxbiri Vadim Qusman AzərTAc-ın müxbirinə müsahibəsində Bakı Beynəlxalq Humanitar Forumu barədə təəssüratlarını bölüşərək demişdir: "Tamamilə aşkardır ki, Bakı Beynəlxalq Humanitar Forumu nəinki regional, həm də dünya miqyaslı möhtəşəm hadisədir".

Artıq ikinci dəfə Bakı Humanitar Forumunda iştirak etmək xoşbəxtliyi nəsib olmuş V.Qusman demişdir: "Builki hadisələrin miqyası məni valeh etdi. Foruma ən müxtəlif sahələri təmsil edən çoxlu qonaq gəlmişdi. Tədbir ən yüksək səviyyədə təşkil edilmişdi və əlbəttə, belə güman etməyə hər cür əsas vardır ki, forum bu il bütün dünyada ən mühüm intellektual hadisələrdən biri olacaqdır. Azərbaycan rəhbərliyi, Rusiya rəhbərliyi, nümayəndələri forumun işində iştirak edən ölkələrin rəhbərliyi bu tədbiri yüksək qiymətləndirmişlər".

Vadim Qusman xüsusi vurğulamışdır ki, Azərbaycanın uğurlarını və sürətli inkişafını yalnız alqışlamaq olar. Jurnalist demişdir: "Təbii ki, bu, əslən Azərbaycandan olan bir adam kimi mənim üçün mühüm mövzudur. Mən hər dəfə Bakıya böyük qürur və məmnuniyyət hissi ilə gəlirəm, gözəl Bakı şəhərini qonaqlara göstərirəm. Bu dəfə də mən Bakıda xoşbəxt hisslər yaşadım: Forumda iştirak edən dostlarımı bulvara, İçərişəhərə, Azərbaycan paytaxtının digər yerlərinə apardım. Etiraf edirəm ki, onların gördüklərinə heyran olmasını müşahidə etmək mənə həqiqətən ləzzət verdi. Onlar vəcdə gəlir, heyrətlənirlər və deyirdilər ki,  gözəlliyinə, cəlbediciliyinə, qonaqpərvərliyinə görə Bakıya tay ola biləcək başqa bir şəhər tanımırlar". 

Forumda müzakirə edilən bütün mövzuların maraqlı olduğunu söyləyən Vadim Qusman demişdir ki, peşəmlə əlaqədar "Sosial jurnalistika və yüksək texnologiyalar" mövzusunda bölmə iclasında aparılan diskussiyalar mənim üçün daha cəlbedici idi. Beynəlxalq Forumun işinin informasiya dəstəyini təmin edən Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Rusiyanın İTAR-TASS, eləcə də Türkiyənin Anadolu informasiya agentliklərinin rəhbərlərinin apardıqları bu bölmənin panellərində jurnalistikanın tamamilə yeni növü olan sosial jurnalistikada yüksək texnologiyaların tətbiq edilməsi, ənənəvi informasiya sənayesi və sürətlə inkişaf edən sosial media arasında əlaqələr, qloballaşma dövründə informasiya sahəsində yeni meyillər məsələlərinin müzakirə olunması təsadüfi deyildir. Çünki bu məsələ XXI əsrin sosial sifarişlərindən biridir.

İTAR-TASS-ın Böyük Britaniyadakı xüsusi müxbiri V.Qusman müsahibəsinin sonunda demişdir: "Əlbəttə, Azərbaycan artıq onilliklər boyu dünyanın mədəni paytaxtlarından biri, lap dəqiq desək, regionun mədəniyyət paytaxtıdır. Azərbaycan və onun paytaxtı Bakı həmişə öz mədəniyyətinin müxtəlifliyi, öz mədəniyyətinin geniş miqyası ilə tanınmışdır. Bu da təsadüfi deyil, çünki XX əsrin əvvəlində, neft bumu başlananda adamlar dünyanın hər yerindən buraya gəlirdilər. Mədəniyyətlərin bu sintezi (yeri gəlmişkən, forumda bu barədə, yeni multikulturalizm dövrü barədə çox söhbət oldu) nəticəsində mübaliğəsiz deyə bilərəm ki, Azərbaycan multikulturalizmin necə işləməli olduğunu və işləyə biləcəyini göstərən ən yaxşı, ən müsbət nümunələrdən biridir".

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Moskva

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video