17:58 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ÜST rəhbəri və ABŞ-ın baş infeksionisti vaksinlərin ədalətli bölgüsünü təmin etməyə çağırıblar
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:56 23.02.2021

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru doktor Tedros Gebreyesus və ABŞ-ın baş infeksionisti doktor Entoni Fauçi Cenevrədə brifinqdə çıxış ediblər. Onlar bəyan ediblər ki, beynəlxalq əməkdaşlıq indiki pandemiyaya qalib gəlmək və onun labüd fəsadlarının qarşısını almaq iqtidarındadır.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, ÜST rəhbəri dünya ölkələrini vaksin istehsalçıları ilə ikitərəfli müqavilələr bağlamamağa çağırıb. Doktor Tedros Gebreyesus şikayətlənib ki, COVAX beynəlxalq layihəsinin büdcəsində vaksin alınması və onun bölgüsü üçün təqribən 23 milyard dollar vəsait çatışmır. Yeri gəlmişkən, bu günlərdə məlum olub ki, ABŞ-ın yeni administrasiyası COVAX təşəbbüsünün həyata keçirilməsi üçün 4 milyard dollar ayırmağı vəd edib.

Lakin doktor Tedrosun sözlərinə görə, məsələ təkcə pul ilə həll olunmur. O vurğulayıb: “Vaksin olmasa pulun əhəmiyyəti yoxdur. Hətta əlimizdə vəsait olduğu şəraitdə zəngin dövlətlər istehsalçılarla ikitərəfli müqavilələr bağlamaqdan çəkinsələr biz yalnız bu halda vaksinləri yoxsul ölkələrə çatdıra bilərik”. O xəbərdarlıq edib ki, söhbət xeyriyyəçilikdən getmir, məsələ epidemioloji xarakter daşıyır: pandemiyaya ayrıca ölkədə qalib gəlmək mümkün deyil, bundan ötrü virusun qlobal miqyasda yayılmasına son qoyulmalıdır.

ABŞ-ın baş infeksionisti, Amerika Milli Allerqologiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru doktor Entoni Fauçi də elmi məlumatlara əsaslanan bu tezisi təsdiq edib. O vurğulayıb: “Bu, qlobal pandemiyadır və qlobal tədbirlər görülməsini tələb edir”. Doktor Fauçi yeni epidemiyaların qarşısının alınması üçün müvafiq sistemlər yaradılmasının zəruri olduğunu qeyd edib.

ÜST-nin baş elmi işçisi doktor Sumi Svaminatan dünya ölkələrinə və şirkətlərinə müraciət edərək, COVID-19-un yayılmasına qarşı mübarizə aparmağa kömək edən biliklər və texnologiyalar barədə məlumatı bölüşməyə çağırıb. Onun sözlərinə görə, şirkətlər və istehsalçılar arasında belə məlumat mübadiləsinə imkan verən yeni platformalar artıq hazırlanıb və uğurla sınaqdan keçirilib. Bu universal texnologiyaları ən qısa müddətdə başqa patogenlərə qarşı mübarizə üçün də uyğunlaşdırmaq mümkündür.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM