04:40 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ÜST: Dünyada bir həftə ərzində COVID-19-a yoluxma hallarının sayə 4 faiz artıb
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:31 27.10.2021

Son bir həftə ərzində dünyada 2,9 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 49 mindən çox insan ölüb, yeddi gündə yeni yoluxma hallarının sayı 4 faiz, ölüm hallarının sayı isə 5 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemiya ilə bağlı bülletenində deyilir. Məlumatda qeyd olunur ki, yoluxanların yarıdan çoxu Avropa regionuna təsadüf edir. Həftə ərzində təkcə bu regionda yoluxma hallarının sayında artım (18 faiz), digər beş ÜST regionunda isə azalma qeydə alınıb. Xüsusilə güclü azalma Afrikada (21 faiz) və Qərbi Sakit Okean regionunda (17 faiz) qeydə alınıb. Yeddi gün ərzində dünyada ölüm hallarının sayı 5 faiz artıb. Ən böyük artım Avropada (14 faiz) və Cənub-Şərqi Asiyada (13 faiz) qeydə alınıb. Bununla belə, Asiya və Sakit Okean regionunda (16 faiz), Şərqi Aralıq dənizi regionunda (13 faiz) və Afrikada (11 faiz) ölüm hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.

Bülletendə verilən statistik məlumatlara görə, oktyabrın 18-dən 24-dək dünyada 2 940 336 yoluxma halı, 49 413 ölüm halı qeydə alınıb. Bir həftə ərzində ən çox yoluxmuş insan barədə ABŞ tərəfindən ÜST-yə (512 956) bildirilib. Ondan sonra Böyük Britaniya (330 465), Rusiya (248 956), Türkiyə (196 850) və Ukrayna (134 235) yer alıblar.

Ümumdünya Səhiyyə Təşkilatının oktyabrın 26-na olan məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada 243 857 028 koronavirusa yoluxma halı qeydə alınıb, 4 953 246 nəfər dünyasını dəyişib. Son sutka ərzində 295 432 yoluxma və 5 469 ölüm halı haqqında məlumat daxil olub.

İndiyədək ölkədə ümumilikdə 522 min 368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487 min 674 nəfər müalicə olunaraq sağalıb, 6 min 966 nəfər vəfat edib, aktiv xəstə sayı 27 min 728 nəfərdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM