13:04 08 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:48 07.03.2021

Qan bahasına yaranan bayram


00:45 07.03.2021

İncə qəlblilər


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ÜST COVID-19-a qarşı qlobal səviyyədə mübarizədə iştirakına görə Azərbaycana təşəkkürünü bildirib
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:51 23.02.2021

 

Ümumdünya Səhiyyə Təşkilatın (ÜST) COVID-19 pandemiyasına qarşı qlobal səviyyədə mübarizə aparan ölkələrə və təşkilatlara təşəkkürünü bildirib. COVID-19 pandemiyasının bütün dünyada geniş yayıldığı bir vaxtda ÜST və onun tərəfdaşları dünya ölkələrinə bu pandemiyaya qarşı mübarizədə öz dəstəklərini davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, ÜST COVID-19 pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə töhfə verən hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə minnətdarlığını ifadə edən məlumat yayıb. Yayılan məlumatda bir çox donor təşkilatların və hökumətlərin dəstəyi sayəsində həyata keçirilən tədbirlər geniş şəkildə qeyd olunur. Təşəkkür bildirilən ölkələr sırasında Azərbaycanın da adı var.

ÜST bildirir ki, donorların və tərəfdaşların dəstəyi olmadan pandemiyaya qarşı mübarizədə həmin ölkələrə kömək mümkünsüz olardı.

ÜST koronavirusla qlobal səviyyədə mübarizəyə töhfə verən, xüsusilə də bu virusa qarşı hərtərəfli mübarizə aparmaq məqsədilə çevik həllər təklif edən bütün hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə minnətdarlığını bildirir.

Adı çəkilən siyahıda Azərbaycanla yanaşı bir sıra ölkə, həmçinin Afrika İnkişaf Bankı, Bill və Melinda Qeyts Fondu, Amerikalararası İnkişaf Bankı (İİB), İslam İnkişaf Bankı, OPEC, Beynəlxalq İnkişaf Fondu (OFID), “Standard Chartered” bankı, BMT-nin Humanitar məsələlərin koordinasiya ofisi, BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Əhali Fondu (BMTƏF), BMT-nin Uşaq Fondu (UNICEF), Dünya Bankı kimi təşkilatlar qeyd olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM