10:31 17 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
02:31 17.06.2021

BİLDİRİŞ


02:29 17.06.2021

BİLDİRİŞ


02:28 17.06.2021

BİLDİRİŞ


23:15 16.06.2021 Səfər başa çatdı
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ÜST Avropada COVID-19 əleyhinə vaksinasiya səviyyəsini yetərli saymır
 
ANA SƏHİFƏ / DÜNYA
18:38 10.06.2021

Avropada COVID-19 əleyhinə vaksinasiya səviyyəsi koronavirus infeksiyasına yoluxma hallarının təkrar artmasının qarşısını almaq üçün yetərli deyil.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun direktoru Hans Klüqe mətbuat konfransında bildirib.

O qeyd edib ki, hazırda regionda koronavirusa yoluxanların, xəstəxanada müalicə alanların və ölənlərin ümumi sayı azalsa da, hakimiyyət orqanları 2020-ci ilin yay aylarında olduğu kimi, məhdudiyyət tədbirlərini vaxtından əvvəl ləğv etməməlidir.

“Ötən ilin yay fəsli ərzində nisbətən cavan yaş qrupları, sonra yaşlı insanlar arasında xəstələrin sayı tədricən çoxalmağa başladı. Bu da nəticə etibarilə payız və qış aylarında yoluxma hallarının kəskin artmasına, karantinlərə və çoxsaylı ölüm hallarına gətirib çıxardı”, - deyə Hans Klüqe vurğulayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM