01 May 2014 01:05
374
PARLAMENT
A- A+

Uşaqların istirahətinin təşkili haqqında qanun hazırlanır

 

Aprelin 30-da Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. İclasda "Reproduktiv sağlamlığın qorunması haqqında" və "Uşaqların istirahətinin təşkili haqqında" qanun layihələri müzakirə edilib.

Komitə sədri Hadi Rəcəbli qeyd edib ki, hər iki qanun layihəsində əksini tapan müddəalar cəmiyyətimiz üçün çox vacibdir. Bildirib ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun reproduktiv sağlamlığın qorunması və reproduktiv hüquqların həyata keçirilməsi üçün hüquqi əsasları müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Reproduktiv sağlamlıq insanın nəsilartırma sisteminə aid olan  və şəxsin uşaq dünyaya gətirə bilmə xüsusiyyətini təyin edən bütün aspektlər üzrə fiziki, hormonal, psixi və sosial rifah vəziyyətidir. Reproduktiv sağlamlıq insanların nəsilartırma qabiliyyətinə, istənilən vaxt, istənilən sayda sağlam uşağın doğulmasına imkan yaradır.

Qanun layihəsində həm qadınların, həm də kişilərin reproduktiv sağlamlığının qorunması barədə müddəalar əks olunub. Bunlara anaların və yeni doğulmuşların sağlamlığının qorunması, ana və uşaq xəstəliklərinin  və ölüm hallarının azaldılması və hərbi xidmət keçən kişilərin reproduktiv sağlamlığının qorunması üzrə kompleks tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir. Qanun layihəsi analığın mühafizəsi və analıq, sonsuzluğun müalicəsi və reproduktiv sağlamlığın qorunması üzrə xidmətlərin əldə olunması hüquqlarını müdafiə edir.

Müzakirələr zamanı qanun layihəsinin təqdirəlayiq hazırlandığı qeyd olunub. Layihənin plenar iclasa çıxarılmasının vacibliyi vurğulanıb. Lakin sənədin daha da təkmilləşdirilməsi üçün üzərində işlənilməsi qərara alınıb.

İclasın gündəliyində duran ikinci məsələ - "Uşaqların istirahətinin təşkili haqqında" qanun layihəsi isə uşaqların istirahəti və asudə vaxtının təşkili sahəsində dövlət siyasətinin əsas istiqamətlərini, uşaqlara istirahət üzrə xidmətlərin göstərilməsinin qayda və şərtlərini, həmçinin uşaqların istirahəti prosesinin subyektlərinin hüquqlarını və vəzifələrini müəyyən edir. Qanun layihəsində bildirilir ki, uşaqların valideynləri və digər qanuni nümayəndələri uşağın müəssisədə qalma qaydaları, uşağın iştirak edəcəyi təhsil, sağlamlaşdırma, tibbi və istirahət proqramlarının məzmunu ilə tanış olmaq hüququna malikdir.

Geniş müzakirələrdən sonra qeyd olunub ki, sözügedən qanun layihəsinin qəbulu uşaqların sağlam gələcəyinə töhfə olacaq. Qərara alınıb ki, layihə Milli Məclisin plenar iclasına tövsiyə olunmazdan əvvəl daha da təkmilləşdirilsin.

Sonda Heydər Əliyev Mərkəzi tərəfindən komitəyə rəy verilməsi üçün təqdim edilən "Heydər Əliyev Azərbaycanın sosial müdafiə strategiyasının banisidir" adlı əsərə komitə üzvləri müsbət rəy veriblər. Vurğulanıb ki, belə bir layihənin hazırlanması Heydər Əliyevin doğum gününə ən gözəl hədiyyədir.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video