20:04 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Uşaq və yaşlılara dayaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:07 11.07.2021

 

Keçi əti digər qırmızı ətlərə nisbətən insan orqanizmi üçün daha faydalı olması ilə seçilir. Bu ətin tərkibi amin turşuları, orqanizm üçün vacib olan vitaminlər (tiamin, retinol, riboflavin və s.) və mikroelementlərlə zəngindir. Keçi ətinin tərkibində insan orqanizmi üçün vacib sayılan yağ turşuları var.

Diyetoloqlar ateresklerozdan, ürək xəstəliklərindən və immunitet zəifliyindən əziyyət çəkən yaşlı insanlara keçi əti yeməyi məsləhət bilirlər. Keçi əti orqanizm üçün ən yaxşı müalicəvi ət hesab edilir. Bu ətdə xolesterolun miqdarı çox azdır və bu səbəbdən də o, dietik ət hesab edilir.

 Az yağlı olduğuna görə xolesterinlə bağlı problemi olanlar bu ətdən rahat istifadə edə bilərlər. Keçi əti yaddaşı gücləndirir, orqanizmdə xəstə hüceyrələrin çoxalmasını əngəlləyir. Ona görə də təbii şəkildə yemlənən keçinin ətini yeyən adamların uzun illər sağlamlığında hər hansı problem olmur. Digər ətlərlə müqayisədə keçi ətində B1 və B2 vitamini daha çoxdur. Bu vitaminlərin çox olması sinir hüceyrələrini qoruyur, qanın tərkibində olan hemoqlobini artırır, ürək-damar xəstəlikləri riskini azaldır. Keçi ətinin tərkibi altsheymer xəstəliyinə qarşı qoruyucu maddələrlə zəngindir, ateroskleroza qarşı mükəmməl qabaqlayıcı tətbiqdir. Orqanizmdə artıq maye yığılmasını əngəlləyir, böyrəklərin fəaliyyətini nizamlayır, göz altı şişlikləri yox edir.

Onurğa xəstəlikləri üçün yararlı olan keçi əti qığırdaqların vəziyyətini yaxşılaşdırır, burxulma və yaralanmada toxumaların yenilənməsinə təkan verir.

Keçi əti qaraciyərə müsbət təsir göstərir. Bu ət hətta uşaqların qidalandırılması üçün də idealdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM