11:32 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Uşaq İnkişaf və Məktəbəqədər Hazırlıq Mərkəzi açılıb
ANA SƏHİFƏ / TƏHSIL
12:06 24.06.2012

 

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin "Mövcud məktəbəhazırlıq proqramlarının keyfiyyətinin artırılması və yeni məktəbəhazırlıq imkanlarının yaradılması yolu ilə azyaşlı uşaqları olan ailələrə dəstək" layihəsi əsasında Şəmkir rayonunun Dəllər Cəyir kəndində Uşaq İnkişaf və Məktəbəqədər Hazırlıq Mərkəzi açılmışdır. Bu layihə məktəbəqədər təhsilə xidmət sahəsində Azərbaycanda bələdiyyə nəzdində fəaliyyət göstərən ilk və yeganə layihədir. Zəruri avadanlıqlarla təmin olunmuş mərkəzdə 300-ə qədər 5-6 yaşlı uşağa pullu xidmət göstərilməsi nəzərdə tutulub.

Kənd sakinlərinin, valideynlərin, müəllimlərin, tərbiyəçilərin, icma və bələdiyyə nümayəndələrinin iştirak etdiyi tədbirdə Dəllər Cəyir kənd icma qrupu idarə heyətinin sədri Namiq Məmmədov, rayon icra hakimiyyəti iqtisadiyyat şöbəsinin müdiri Sabir Quliyev, rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, şəhər icra hakimiyyətinin nümayəndəsi Çingiz Həsənov, BP-nin nümayəndəsi Vüqar Ərəbov, 14 saylı ərazi vergilər idarəsinin rəisi Fəxrəddin Əliyev, Dəllər Cəyir kənd bələdiyyəsinin sədri Şaban Həsənov, layihənin əlaqələndiricisi Pərvin Qəhrəmanova və digərləri çıxış edərək bildirmişlər ki, son illər rayonda məktəblərin maddi-texniki bazası möhkəmləndirilmişdir. Rayonun Qapanlı kəndində 480 şagird yerlik orta məktəb binası istifadəyə verilmiş, bir neçə təhsil ocağında əlavə korpuslar, sinif otaqları tikilmişdir. Hazırda Abbaslı və Seyidlər kəndlərində müasir tipli məktəb binaları inşa olunur, Düyərli kəndində 2 nömrəli orta məktəbdə 480 yerlik yeni korpus tikilir. Sabirkənd kəndində 960, Seyfəli kəndində isə 360 yerlik binaların inşası davam etdirilir.

Ümumiyyətlə, son bir neçə ildə 19 məktəb binasının 6-sı Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa olunmuşdur. Hazırda Bakı-Oksford məktəbi üçün yataqxana binası və müasir tələblərə cavab verən uşaq bağçası inşa edilir. Çıxış edənlər ölkə Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya ölkədə təhsilə, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə görə göstərdikləri böyük diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM