24 Iyun 2019 14:11
1052
CƏMİYYƏT
A- A+

Ürəkkeçmə zamanı istifadə olunan vasitələr


Ürəkkeçmə bəzi xəstələrin üzləşdiyi problemlərdən biri olsa da, həmin vəziyyətdən çıxmaq üçün hansı tədbirlər görmək lazım olduğunu bilmirlər.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova bu barədə AZƏRTAC-a verdiyi müsahibədə deyib: "Ürəkkeçmənin başlanğıcında ən sadə və sınanmış vasitələrdən biri su və ya şərbət içməkdir. Təzə xiyar qoxulamaq da təsirlidir. Sınanmış vasitələrdən biri də turş heyva suyudur. Heyvanın qabığını soyub içini təmizləyəndən sonra döyüb suyunu çıxarır və süzərək bir gecə saxlayır, sonra ona bal və şəkər qataraq dərman kimi istifadə edirlər. Süsən iyləmək faydalı, zəfəran isə zərərli hesab edilir. Turş narın suyunu çıxarıb yarısına qədər şəkər qataraq süzgəcdən keçirmək və istifadə etmək faydalıdır. Şirin badam yağı, gavalı yemək və bal şərbəti içmək ürəkkeçmədə çox təsirli vasitə hesab olunur”.

Həkim-kardioloqun dediyinə görə, ürəkkeçmə zamanı xəstənin rəngi qaçarsa, bədəni soyuyarsa və soyuq tər basarsa, üzünə sərin su və gülab çiləmək, gülab, kafir, müşk və ənbər iylətmək, limon və narıngi yedirtmək məsləhətdir. Qızılgül suyunun damcı-damcı içirilməsi də faydalı təsir göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video