24 Sentyabr 2021 01:29
826
CƏMİYYƏT
A- A+

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə ANAMA-da görüş olub

 

Sentyabrın 23-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Aleks Haykens ilə görüşüb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Vüqar Süleymanov yeni təyinatı ilə bağlı Aleks Haykensi təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonra agentliyin yaradılması, məqsədi və üzərinə düşən vəzifələri, qarşıya qoyulmuş prioritetləri, eləcə də işğaldan azad edilən ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarının gedişi barədə məlumat verib.

Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə proqramı çərçivəsində ANAMA ilə UNICEF-in bir neçə uğurlu layihələri haqda məlumat verən Vüqar Süleymanov mina riskinin azaldılması sahəsində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Aleks Haykens UNICEF ilə agentliyin 20 ilə yaxın sıx əməkdaşlıq tarixçəsinin olduğunu qeyd edib. İşğaldan azad edilən ərazilərin yaxınlığında yaşayan ailə uşaqlar arasında təhlükəsiz davranış qaydaları məlumatlılığın artırılması məqsədilə minimum risklərə nail olmaq üçün ikitərəfli əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video