11:13 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

UNESCO-nun İcra Şurasının 211-ci sessiyasında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının bəyanatı səsləndirilib
ANA SƏHİFƏ / SİYASƏT
22:15 13.04.2021

 

Parisdə UNESCO-nun İcra Şurasının 211-ci sessiyası çərçivəsində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı UNESCO qrupunun bəyanatı səsləndirilib.

AZƏRTAC xəbər verir ki, onlayn keçirilən plenar iclasda UNESCO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna Azərbaycanın sədrliyi çərçivəsində bəyanat ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev tərəfindən təqdim edilib.

Bildirilib ki, təməli qoyulandan Qoşulmama Hərəkatı Bandunq prinsiplərinə uyğun olaraq, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayıb. Bu gün beynəlxalq sistemin üzləşdiyi ciddi problemləri nəzərə alaraq, Qoşulmama Hərəkatı suveren millətlərə qarşı birtərəfli təzyiq tədbirlərinin tətbiq edilməsini pisləyir. Qoşulmama Hərəkatı dövlətlərin suverenliyinə, ərazi birliyi və bütövlüyünə hörməti, dövlətlərin daxili işlərə qarışmamağa riayət etmək kimi çoxtərəflilik naminə beynəlxalq hüquq prinsiplərinin gücləndirilməsini təbliğ edəcək.

Bəyanatda vurğulanıb ki, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də COVID-19 pandemiyasına qarşı birgə mübarizə ilə bağlı çağırılmış BMT Baş Assambleyasının Xüsusi sessiyası da daxil olmaqla, Qoşulmama Hərəkatı çoxtərəfli tədbirlərin və layihələrin təşəbbüskarı kimi çoxtərəfli əməkdaşlığın tərəfdarıdır.

Qoşulmama Hərəkatı COVID-19 pandemiyasının UNESCO-nun fəaliyyət dairələrində mənfi təsirlərinin aradan qaldırılması istiqamətində qurumun səylərini alqışlayır. COVID-19 pandemiyası dövründə ölkələrdə təhsil prosesinin davamlılığının təmin etmək üçün UNESCO-nun irəli sürdüyü Qlobal Təhsil Koalisiyasını xüsusi alqışlayır və dəstəkləyirik.

Qoşulmama Hərəkatı UNESCO-nun keyfiyyətli təhsil üzrə Davamlı İnkişaf Məqsədləri (SDG 4) və davamlı inkişaf üçün dinc və əhatəli cəmiyyətlərin təşviqi ilə bağlı SDG 16, xüsusilə də şiddətin qarşısını almaq və cinayətkarlıqla və terrorizmlə mübarizə üçün milli qurumların gücləndirilməsinə dair 16.A bəndi ilə üst-üstə düşən Şiddətli Ekstremizmə qarşı (PVE) mübarizə səylərini alqışlayır.

Qeyd edilib ki, Qoşulmama Hərəkatı, 1954-cü il Haaqa Konvensiyasının və onun protokollarının prinsiplərinə uyğun olaraq, üzv dövlətlərin ərazilərində yerləşən bütün mədəni sərvətlərin qorunması və silahlı qarşıdurma olduğu təqdirdə, işğal edilmiş ərazilərdən mədəni sərvətlərin ixracının qarşısının alınması barədə öhdəliklərini bir daha təsdiqləyir.

Qoşulmama Hərəkatına üzv dövlətlər 1970-ci il Konvensiyasının BMT-nin üzv dövlətləri tərəfindən mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və onun tranzitinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında Konvensiyanın müddəalarının yerinə yetirilməməsi problemi ilə əlaqədar ciddi narahatlığını ifadə edir və UNESCO-nu müvafiq Konvensiya və vasitələrə uyğun olaraq oğurlanmış sərvətləri müəyyən etməyə çağırır.

Qeyri-maddi mədəni irsin qorunub saxlanması sahəsində beynəlxalq ictimaiyyətə mühüm töhfə verən qurum qismində Qoşulmama Hərəkatı UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyasına, eləcə də dövlətlərin mədəni ifadələrinin nəsildən-nəslə ötürülməsinin etibarlılığının təmin etmək və barış, dözümlülük, birgəyaşayış, insan hüquqlarına hörmət və xalqların kimliyinin və mədəni müxtəlifliyinin təşviqinə sadiqliyini ifadə edir.

Bəyanatda Qoşulmama Hərəkatına üzv dövlətlər silahlı qarşıdurma və xarici işğal vəziyyətində olan ölkələrdə, eləcə də terror aktlarından mədəni irsin zərər çəkməsinə təəssüfləndiklərini bildirərək, bu cür hərəkətlərə dərhal son qoyulmasına çağırış edib. Mədəni sərvətlərin qorunmasına dair Konvensiyanın iştirakçı dövlətlərinə mədəni sərvətləri qorumaq və hörmət etmək, mədəni sərvətlərə qarşı yönəldilmiş oğurluq, qarət və ya qanunsuz mənimsənilmə, eləcə də mədəni sərvətlərə istiqamətlənmiş bütün vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və lazım gəldikdə son qoymaqla bağlı müddəaları xatırladıblar.

Qoşulmama Hərəkatı UNESCO-nun bütün üzv dövlətlərini, BMT Baş Assambleyasının 73-cü sessiyasında yekdilliklə qəbul edilmiş və 2021-ci ilin “Beynəlxalq Sülh və Etimad İli” elan edilməsinə dair qətnaməni (73/338) diqqətdə saxlamağa çağırıb.

Eyni zamanda, Qoşulmama Hərəkatı üzv dövlətlərinin birgə razılaşdırdıqları bəyanatda UNESCO-ya Afrika və gender bərabərliyi sahəsində qlobal prioritetlərini davam etdirməyə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə prioritet verməyə çağırış edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM