20 May 2021 00:29
1059
Mədəniyyət
A- A+

Ümumxalq sevgisindən yaranan əsər

 

Ümummilli Lider Heydər Əlirza oğlu Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev haqqında məqalə və ya kitab yazmaq nə qədər xoşdursa, bir o qədər də məsuliyyətlidir. Bu mənada tələb olunan meyarları yüksək səviyyədə özündə doğruldan “Xilaskarlar” kitabı oxucular və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

Kitabın müəllifi Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev xalqın tarixi müqəddəratında müstəsna rol oynayan Ulu Öndər Heydər Əliyev epoxasına və Prezident İlham Əliyev erasına dair müşahidələrini  elmi-publisistik dillə qələmə almışdır. Əsərin ana xəttini  Ulu Öndər Heydər Əliyevin və ölkə rəhbəri İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti və respublikamıza qazandırdıqları böyük zəfərlərin nümunəsində azərbaycançılıq ideyaları təşkil edir. Yüksək idarəetmə təcrübəsinə malik Heydər Əliyevin çevik, təmkinli və uzaqgörən siyasi gedişləri sayəsində XX əsrin 90-cı illərində xalqımız vətəndaş qarşıdurmasından, dövlətin parçalanmasından qurtuldu. Kitabda bu xilaskarlıq missiyası tarixi hadisə kimi dəyərləndirilir.

Əsər iki bölümdən ibarətdir: birinci bölüm Ulu Öndər Heydər Əliyevə, ikinci bölüm isə onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevə həsr edilib. Nəfis tərtibatla hazırlanmış nəşrə ön söz yazan akademik İsa Həbibbəylinin təbirincə desək: “Professor Qəzənfər Paşayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısındakı xidmətlərini, bu dahi insanın həyatımızda zahirən kiçik görünən detallarından tutmuş böyük xidmətlərinə qədər seçilmiş hadisələri və faktları sadə dillə obyektiv mövqedən işıqlandırmışdır”.

Kitabda Ulu Öndərin dünyanın ünlü siyasətçiləri və dövlət xadimləri ilə görüşləri, onların Heydər Əliyev müdrikliyinə, siyasi uzaqgörənliyinə olan heyranlıqları, Azərbaycanın milli dövlətçiliyinə, habelə xalqına olan istək və arzularının da yer alması oxucuda məmnunluq doğurur. Bu amillər kitabın təbii, həyati və təsirli alınmasında mühüm rol oynamışdır.

Nəşrin ikinci bölümündə Heydər Əliyev siyasi xəttini həm daxili, həm də beynəlxalq arenada ləyaqətlə təmsil etdirən Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Ermənistanın terrorçu birləşmələri tərəfindən 30 ilə yaxın işğalda saxlanılan Qarabağ da daxil olmaqla Qazaxdan tutmuş Mehriyə kimi torpaqlarımızın azad edilməsi tarixə ərməğan kimi diqqətə çatdırılır. Müəllifin özünün də qeyd etdiyi kimi, Ali Baş Komandan və yenilməz milli Ordumuz tərəfindən tarixə qızıl hərflərlə yazılan bu Qələbə nəticəsində Şah İsmayıl Xətai və Nadir şah Əfşar hakimiyyətindən sonra  hissə-hissə əldən çıxan torpaqlarımızın itirilməsinə son qoyulmuşdur. Əsərdə Vətən müharibəsi iştirakçılarına, xüsusən də şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə və əməyi olan hər kəsə dövlət qayğısı, ümumxalq məhəbbəti öz əksini tapıb. Ümumiyyətlə, professor Qəzənfər Paşayevin “Xilaskarlar” kitabı xalqımızın və müstəqil dövlətçiliyimizin müqəddəratında həlledici rol oynamış xilaskar dövlət rəhbərlərinin böyük missiyasına həsr olunmuş elmi dəyərləndirmədir.

Daha çox gələcək nəsillərə ünvanlanan bu əsər, ilk növbədə, tarixçi-tədqiqatçıların, eləcə də xalqını, dövlətini, Vətənini sevən, ürəyi vətənpərvərlik coşqusu ilə döyünən hər bir Azərbaycan vətəndaşının masaüstü kitabına çevriləcəkdir.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video