19:06 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ümumdünya Səhiyyə Təşkilatı: Vaksinlərin qeyri-bərabər paylanması fonunda pandemiya qurbanlarının sayı artır
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:18 06.09.2021

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus G20 ölkələrinin liderlərinə müraciət edərək, onları COVID-19 əleyhinə peyvəndləri ən kasıb ölkələrlə bölüşməyə və bu miqyasda pandemiyanın təkrarlanmasının qarşısını almağa çağırıb.

AZƏRTAC bunu BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir.

"Bütün dünyada 5 milyard dozadan çox peyvəndin tətbiq edilməsinə baxmayaraq, yoluxma və ölüm hallarında kəskin artım qeydə alınır", - deyə Tedros Qebreyesus bildirib. O əlavə edib ki, dünyada peyvənd kampaniyası qeyri -bərabər olub.

Bu dozaların təxminən 75 faizi cəmi 10 ölkənin sakinlərinə vurulub. Afrikada peyvəndlə əhatə cəmi 2 faizdir. ÜST rəhbəri bunun qətiyyən qəbuledilməz olduğunu vurğulayıb. O, COVID-19 pandemiyasını yalnız dünya əhalisinin ən azı 70 faizi peyvənd edildikdə dəf edə biləcəyini bir daha bildirib.

Doktor Tedros Qebreyesus xatırladıb ki, bu ilin sentyabr ayına qədər hər bir ölkə əhalisinin ən azı 10 faizi, ilin sonuna qədər - 40 faizi və gələn ilin ortalarına qədər - 70 faizi peyvənd olunmalıdır.

"Biz hələ də bu məqsədlərə nail ola bilərik, lakin G20 ölkələrinin dəstəyi ilə. COVID-19 əleyhinə peyvəndlərin ən böyük istehsalçıları, istehlakçıları və donorları olaraq, siz vaksin paylanmasında bərabərliyin təmin edilməsində və pandemiyaya son qoyulmasında əhəmiyyətli rol oynaya bilərsiniz", - deyə ÜST rəhbəri bildirib. O, birlikdə və ümumi maraqlar naminə hərəkət etmənin vacib olduğunu vurğulayaraq, bu miqyasda pandemiyanın bir daha təkrarlanmasının qarşısını almaq üçün hər şeyi etməyə çağırıb.

"Hər kəs özü üçün" yanaşması bu dəfə işləmədi və növbəti dəfə də işləməyəcək", - deyə Baş direktor xəbərdarlıq edib.

O, G20 liderlərini ÜST-nin qlobal peyvənd məqsədlərinə çatmasını dəstəkləməyə, ayın sonuna qədər peyvəndlərin ötürülməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə və texnologiyalar, nou-hau və əqli mülkiyyət mübadiləsini təşviq etməyə çağırıb. Tedros Qebreyesus, gələcək pandemiyalara hazırlıq üzrə hüquqi cəhətdən məcburi beynəlxalq müqavilənin hazırlanmasının zəruri olduğunu xatırladıb, həmçinin mandatının gücləndirilməsi üzrə ÜST təşəbbüslərini dəstəkləməyi tövsiyə edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM