02:29 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Umayra Tağıyeva: Bu yay ərzində ən yüksək temperatur iyunun 26-da qeydə alınıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:35 04.09.2021

 

İyun ayında isti hava kütlələrinin ərazimizə həmləsi daha çox qeydə alınıb ki, nəticədə Bakıda havanın orta aylıq temperaturu normadan 3° yüksək olub. Ən isti gün iyunun 26-da müşahidə edilib. Havanın temperaturu 41-43°-dək yüksəlib və bununla da 2020-ci ilin rekord göstəricisi təzələnib.

Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

Umayra Tağıyevanın sözlərinə görə, iyunda yağıntılar ölkə ərazisində qeyri-bərabər paylanıb və əksər rayonlarda normadan az qeydə alınıb. Düşən yağıntılar isə əksər hallarda dağlıq və dağətəyi rayonlarda qısamüddətli, lakin leysan xarakterli olub. Bakıda və Abşeron yarımadasında isə iyun ayı ərzində yağış yağmayıb. İyunda respublika ərazisində ayrı-ayrı günlərdə 8 dəfə dolu hadisəsi qeydə alınıb.

"İyul ayında respublika ərazisində sinoptik proseslər əsasən alçaq təzyiq sahəsinin təsiri altında formalaşıb. Ayın ilk günlərində sabit bircins hava şəraiti hakim olduğu halda, ongünlüyün sonunda siklonun keçməsi nəticəsində şimşəklə müşayiət olunan leysan xarakterli intensiv yağışlar, dolu və arabir güclənən şimal, şimal-qərb istiqamətli küləklər müşahidə edilib. İyun ayından fərqli olaraq mütləq maksimal temperatur Bakıda 39° olub. Ayın əsas səciyyəsi, onun küləkli keçməsidir. Belə ki, 21 gün ərzində şimal, şimal-qərb küləkləri hakim olub, maksimal sürət isə saniyədə 25 metrə çatıb.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı aylıq normanın 33 faizini təşkil edib. Qazax-Gəncədə, Zaqatalada, Tərtərdə və Lənkəran-Astara zonasında normadan 2-3 dəfə çox qeydə alınıb”, - deyə U.Tağıyeva bildirib.

Xidmətin rəisi qeyd edib ki, avqust ayında orta sutkalıq temperatur davamlı olaraq iqlim normasından 5°-dək yüksək olub. Belə ki 2010-cu ildən sonra Bakıda ən uzunmüddətli isti hava dalğası qeydə alınıb və son 10 ildə ən isti avqust kimi fərqlənib. Ölkə ərazisi az hərəkətli alçaq təzyiq sahəsinin təsiri altında olduğundan, zəif şərq, cənub-şərq küləklərinin üstünlüyü və durğun-bürkülü hava şəraiti müşahidə edilib. Sentyabr ayının gəlişi nəticəsində artıq qızmar yay istiləri ilə vidalaşırıq. Xəzri həmişəki kimi bizi istilərdən xilas edir. Artıq havanın temperaturu da 8° enib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM