Ulu Öndərimizin daha bir
müqəddəs vəsiyyəti yerinə yetirildi!
Şuşa düşmən işğalından azad
edildi!
Şuşa bizimdir!
Qarabağ Azərbaycandır!
Bu dövlətimizin qələbəsidir!
Bu xalqımızın qələbəsidir!
Bu ordumuzun qələbəsidir!
Dövləti bu qələbəyə İlham
Əliyev gətirdi!
Xalqı bu qələbəyə İlham Əliyev
səfərbər etdi!
Ordunu bu qələbəyə İlham
Əliyev hazırladı!
Bu qələbənin şəriksiz və
şəksiz qəhrəmanı da məhz cənab İlham Əliyevdir!
***
Şuşa qədim
mədəniyyət mərkəzdir!
Şuşa ədəbiyyatımızın,
musiqimizin, mənəviyyatımızın beşiyidir!
Şuşa şəhərlərimizin
gözəli, dünya şəhərlərinin incisidir!
Şuşa xalqımızın sevgi ünvanı, ülviyyət məkanıdır!
Şuşanın
işğalı sinəmizə çəkilən çalın-çarpaz
dağ idi!
Şuşanın işğalı arxadan kürəyimizə saplanan
bıçaq idi!
Şuşanın işğalı bir millət olaraq məğlubiyyətimiz idi!
Əslində
Şuşa çirkin oyunların qurbanı oldu!
Şuşa vəzifəni
qeyrətindən, pulu şərəfindən yüksək tutanların qurbanı oldu!
Şuşa "daqqa papaq” qoyanların xəyanətinin qurbanı
oldu!
Şuşa hakimiyyət uğrunda aramsız mübarizənin qurbanı
oldu!
Şuşa ölkədə sabitliyin pozulmasının, qarşıdurmanın,
Vətən uğrunda, milli maraqlar naminə birləşə bilməməyimizin qurbanı oldu!
Beləliklə, Şuşanı itirdik!
Uzun müddətə itirdik!
Ağrıya-ağrıya, ağlaya-ağlaya itirdik!
***
Düşmən Şuşanın dəyərini yaxşı bilirdi!
Ona məxsus olmasa da, özününküləşdirməyə çalışırdı və bu istiqamətdə
nə bacarırdısa, edirdi!
Adını dəyişdirdi...
Xalqımıza məxsus tarixi, mədəni abidələri varvarcasına
məhv etdi...
Qədim erməni şəhəri adı ilə dünya turizm mərkəzinə çevirməyə çalışdı...
Qondarma qurumun
qondarma parlamentini Şuşaya köçürmək istədi...
Şuşanı qondarma "Dağlıq Qarabağ Respublikasının” paytaxtına çevirmək niyyətinə düşdü...
Ermənistanın qudurmuş rəhbərləri tez-tez Şuşaya
gəlir, bizə acıq verən tədbirlər keçirir,
şəhəri özününküləşdirdiklərini nümayiş etdirirdilər...
Quduran isə qırx gün gedər - demişlər.
***
Biz hamımız Şuşanın qaytarılmasını istəyirdik!
Biz hamımız tezliklə Şuşaya qovuşmaq
istəyirdik!
Təəssüf ki, bəzən istəklə, arzu ilə reallıq arasında məsafə çox uzun olur, çox!
Xalqımızı bu istəyinə Ali Baş Komandan cənab İlham Əliyev qovuşdurdu!
Uzun illər yorulmadan, dayanmadan,
məqsədyönlü şəkildə mübarizə aparmaqla!
Bu mübarizə asan deyildi!
Biz bizdən güclülərlə çarpışmalı olurduq!
Bu mübarizədə qalib gəlməkdən ötrü
İlham Əliyev mümkün olmayanları belə gerçəkliyə
çevirdi!
Ölkəyə rəhbərlik etdiyi 17 ildə Azərbaycanı
iqtisadi cəhətdən gücləndirmək üçün ardıcıl addımlar atdı, beynəlxalq layihələri gerçəkləşdirərək ölkəmizin maraqları
ilə dünyanın aparıcı dövlətlərinin maraqlarını uyğunlaşdırdı.
Zəngin karbohidrogen ehtiyatlarını dünya
bazarına çıxaran Azərbaycan bundan
böyük faydalar götürdü, iqtisadi imkanlarını
genişləndirdi.
Beləliklə, iqtisadiyyatın digər sahələrinin inkişafına da şərait yarandı.
Azərbaycan həm də əməkdaşlıq etdiyi ölkələr hesabına özünə yeni dostlar da qazandı.
İqtisadiyyatın güclənməsi güclü ordu
qurmağa, onu ən müasir silahlarla silahlandırmağa imkan verdi.
Dost ölkələr bu işdə bizə yaxından kömək göstərirdilər.
Prezident İlham Əliyevin hücum diplomatiyasına keçidə start verməsi, beynəlxalq qurum və təşkilatlarda səmərəli iş aparması haqq işimizin dəstəkləyənlərin sayını
xeyli artırdı.
Ermənistanın yeni rəhbərliyi "Qarabağ
Ermənistandır, nöqtə” deməklə sülh danışıqlarını
mənasız etdi!
Üstəlik işğalçı ölkə bir qədər də
irəli gedərək "yeni ərazilər uğrunda
yeni müharibə” hədəsi ilə Azərbaycanı təhdid
etməyə başladı.
Düşmənin növbəti təxribatına isə Azərbaycan əks-hücumla cavab verdi!
Beləliklə, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda ikinci Qarabağ müharibəsi başladı.
İlk günlərdə Ermənistan da, bütün dünya da Azərbaycan Ordusunun qüdrətini, yeni taktika ilə uğurla döyüşdüyünü
gördü.
Amma düşmən yenə sülhə gəlmək
istəmir, müharibəni beynəlmiləlləşdirməyə çalışırdı!
Ali Baş Komandan İlham Əliyev "Şuşasız qələbəmiz yarımçıq olar” söyləyərək ordumuzun
bütün torpaqlarımızı azad etmək qətiyyətini
ortaya qoydu!
Xalq Prezidentimizə güclü dəstək verdi, yumruq kimi onun ətrafında birləşdi!
Əsgər və zabitlərimiz qəhrəmanlıqla döyüşərək bir-birinin ardınca şəhər,
kənd və qəsəbələrimizi işğaldan azad etməyə başladı.
Növbə Şuşaya da çatdı!
Ali Baş Komandanın rəhbərliyi ilə
bu qədim şəhər də düşmən əsarətindən qurtuldu!
***
Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun
parlaq qələbəsidir!
Bu həm də əsgər və zabitlərimizin ən çətin şəraitdə, dağlıq ərazidə də uğurlu
döyüş əməliyyatı apardıqlarının əyani göstəricisidir.
Şuşanın alınması Qarabağ uğrunda döyüşlərin
yeni mərhələsinə keçid deməkdir!
Xalqımız bu möhtəşəm Qələbəni elliklə,
kütləvi şəkildə bayram etdi!
Düşmən isə yasa batdı.
Qalib ordunun Ali Baş Komandanı
İlham Əliyev də bu tarixi qələbə münasibətilə Azərbaycan xalqına müraciət
etdi.
Həmin müraciətdə xalqı təbrik etməklə yanaşı, hər birimizin ürəyindən keçənləri
də ifadə etdi:
"Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!”
Bəxtiyar SADIQOV