10 May 2021 14:55
1183
SİYASƏT
A- A+

Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram

 

Bu gün müasir müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Xalqımız öz böyük oğlunun xatirəsini daim uca tutur. Müxtəlif yaşda olan insanlar Fəxri xiyabana gələrək Ulu Öndərin ruhunu ehtiramla anırlar.

AZƏRTAC xəbər verir ki, mayın 10-da Fəxri xiyabana üz tutan hər kəs ümummilli lider Heydər Əliyevin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini xatırlayır. Xalqımızın Ulu Öndəri liderlik və xilaskarlıq missiyasını axıradək şərəflə yerinə yetirib, gördüyü misilsiz işlər ona əbədiyaşarlıq qazandırıb.

Böyük azərbaycanlı olan Heydər Əliyev qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu dahi şəxsiyyətdən söhbət düşəndə hər kəs, ilk növbədə, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etdiyini xüsusi vurğulayır. Təsadüfi deyil ki, dahi şəxsiyyətin uyuduğu Fəxri xiyaban xalqımızın ziyarətgahına çevrilib.

Qədirbilən insanlar müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş böyük şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmək üçün bu gün də Fəxri xiyabana gəlirlər. Onların arasında bütün nəsillərin nümayəndələrini görmək olar. Onları buraya Heydər Əliyevə olan məhəbbət gətirir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başladı. Milli-mənəvi dəyərlər dirçəldi, müasir dövrün məzmununa uyğun multikultural və tolerant ənənələr bərqərar oldu. Məhz buna görədir ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri də Fəxri xiyabanı ziyarət edərək, dahi şəxsiyyət və bəşəri insan olan Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video