İşğaldan azad edilmiş Cəbrayılda aqrar sahənin yüksək templə inkişafı üçün potensial böyükdür
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
F.Y.Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımına həsr olunan onlayn konfransı keçirilib
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Ukrayna və Macarıstan xarici işlər nazirləri Dmitri Kuleba və Peter Siyarto dil və təhsil mübahisələrini həll etmək üçün iki ölkənin mütəxəssislərinin birgə fəaliyyət göstərməsi barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, Kuleba bunu Kiyevdə Siyarto ilə birgə mətbuat konfransında söyləyib.
"Bu gün problemləri həll etmək istəyən və yeni problemlər yaratmaq istəməyən tərəfdaşlar olaraq danışdıq. Buna görə də yaxın vaxtlarda Ukrayna-Macarıstanın təhsil üzrə işçi qrupunun iclasının, eləcə də onlayn biznes forumunun keçiriləcəyi barədə razılığa gəldik”, - deyə Kuleba əlavə edib.
Macarıstanın XİN rəhbəri, öz növbəsində, ukraynalı həmkarı ilə əldə etdiyi razılaşmaları təsdiqləyərək deyib: "Münasibətlərimizdə müəyyən gərginliyə səbəb olan dil qanunu üzərində birlikdə işə başlamaq üçün nazirə müraciət etdim. Təhsil qanununun necə tətbiq olunacağına dair səlahiyyətli bir işçi qrupu yaratmaq istəyirik”.