19:06 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ukrayna polisi Nazirlər Kabinetini ələ keçirməyə cəhd edən adamı zərərsizləşdirdi
ANA SƏHİFƏ / DÜNYA
17:58 04.08.2021

 

Polis Ukrayna Nazirlər Kabinetinin binasına qumbara ilə daxil olmuş kişini saxlamışdır. UNİAN agentliyinin verdiyi xəbərə görə, bu, müharibə veteranı Vladimir Proxniçdir.

İrpen şəhərində sahibkarlıqla məşğul olan Proxniç zərərsizləşdirildikdən sonra onun əlində döyüş qumbarası olduğu müəyyənləşdirilmişdir.

Xatırladaq ki, dünən səhər Vladimir Proxniç Nazirlər Kabinetinin binasına daxil olduqdan sonra oradakıları partlayış törədəcəyi ilə hədələmişdir. Bundan sonra Kiyev polisi məhəlləni mühasirəyə almış və xüsusi əməliyyat keçirmişdir.

Bir saatdan çox davam edən danışıqlar nəticə verməmişdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM