27 Noyabr 2021 15:05
159
SİYASƏT
A- A+

Ukrayna mətbuatı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünə geniş yer ayırıb

 

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın Soçi şəhərində noyabrın 26-da keçirilən üçtərəfli görüşü Ukraynanın aparıcı mətbuat orqanlarında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “Gordon”, “Korrespondent.net”, “Obozrevatel” və digər informasiya agentlikləri, xəbər portallarında dərc olunan məqalələrdə üçtərəfli görüşdən sonra mətbuat üçün səslənən fikirlər geniş yer alıb. Xüsusilə, məqalələrdə Prezident İlham Əliyevin Azərbaycanın Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmində olduğu barədə bəyanatı, o cümlədən sərhədlərin delimitasiyası, demarkasiyası, nəqliyyat arteriyalarının bərpası barədə fikirləri yer alıb. Prezident İlham Əliyevin bəyanatına istinadla qeyd olunub ki, Azərbaycan hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçunu Ermənistan tərəfinə verib.

Məqalələrdə münaqişənin tarixinə toxunularaq, ötən ilin sentyabrında Ermənistanla Azərbaycan arasında baş verən müharibə nəticəsində Azərbaycanın uzun müddət işğal altında olan torpaqlarını azad etdiyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video