20 Yanvar 2012 12:01
421
İQTİSADİYYAT
A- A+

Ukrayna Azərbaycan qazı üçün maye təbii qaz terminalı tikəcəkdir

 

"Kommersant-Ukraina" qəzetində "Maye qazın perspektivləri" sərlövhəli məqalə dərc edilmişdir. Ukrinform agentliyi həmin məqaləyə istinadla xəbər verir ki, Ukrayna artıq 2012-ci ilin sonuna qədər Rusiyanın "Qazprom" şirkətinin iştirakı olmadan qaz idxal etməyə başlaya bilər.

Ukrayna Nazirlər Kabineti Azərbaycandan yanacaq alınmasına dair sazişin layihəsini yanvarın 18-də təsdiq etmişdir. Ukrayna Energetika və Kömür Sənayesi Nazirliyi isə Türkiyə və Rumıniyadan Ukraynaya qaz göndərilməsi barədə danışıqlar aparır. Əgər bu danışıqların nəticəsi uğurlu olarsa, ölkə artıq cari ilin sonuna qədər "Qazprom"un iştirakı olmadan qaz idxalına başlamaq imkanı əldə edəcəkdir.

Azərbaycan ilə müqaviləyə əsasən Ukrayna 3-4 il ərzində maye təbii qaz terminalı (MTQ-terminal) tikməyi planlaşdırır. Bu terminal vasitəsilə ildə azı 15 milyard kubmetr qaz nəql etmək nəzərdə tutulur. Rumıniya Rusiyadan qaz almaqla bərabər, özü də yanacaq hasil edir. Türkiyəyə isə həm Rusiyadan, həm də Yaxın Şərq ölkələrindən qaz alır.

Qəzet yazır: "Hazırda bu ölkələrdə min kubmetr yanacağın qiyməti bizimlə müqayisədə 100-120 dollar aşağıdır. Ən başlıcası, qazı mövcud boru kəmərləri sistemi vasitəsilə nəql etmək mümkündür".

Xatırladaq ki, bu ilin əvvəlindən başlayaraq Ukrayna təbii qaz idxalını kəskin azaltmışdır. Belə ki, 2011-ci ilin sonunda hər gün 100-110 milyon kubmetr qaz alındığı halda, cari ilin yanvar ayının 9-da müvafiq göstərici 33,3 milyon kubmetrə düşmüşdür.

Ukrayna energetika və kömür sənayesi naziri Yuri Boyko bu günlərdə bildirmişdir ki, Ukrayna Rusiyadan qaz idxalını artırmağa yalnız bu şərtlə hazırdır ki, Rusiya qazın qiymətini azaltsın.

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Kiyev

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video