01 Mart 2021 13:18
665
SİYASƏT
A- A+

“Ukrayna 24” telekanalı Azərbaycan Prezidentinin mətbuat konfransı və işğaldan azad olunan ərazilərimiz barədə xüsusi reportaj yayımlayıb

 

Ukraynanın nüfuzlu “Ukrayna 24” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı və işğaldan azad olunan Ağdam və Füzuli rayonlarından xüsusi reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda dövlətimizin başçısının Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə uğurlu hərbi əməliyyatları, Ermənistanın diversiya qrupunun törətdiyi cinayətləri, ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin qaytarılması qrafiki, işğaldan azad olunan ərazilərimizin bərpası və yenidən qurulması barədə sitatları yer alıb.

Ukraynalı jurnalist tamaşaçılara Ağdam şəhərindən görüntülərini təqdim edərək tarixi, dini abidələrin, yaşayış binalarının ermənilər tərəfindən necə məhv edildiyini göstərir. Həmin ərazilərdə minalanmış sahələrdən başqa heç nəyin qalmadığını qeyd edir. Reportajda Ağdamdan olan məcburi köçkünlərin ermənilərin törətdiyi vəhşiliklər barədə fikirləri də yer alıb.

Reportajda, həmçinin ərazilərin minalardan necə təmizlənməsi barədə görüntülər də yer alıb. Bundan başqa Füzuli rayonunda beynəlxalq hava limanının inşası barədə məlumat verən ukraynalı jurnalist azərbaycanın işğaldan azad olunan ərazilərində 3 aeroportun inşa ediləcəyini vurğulayır. Şuşa və Laçına yeni magistral yolun çəkilişləri barədə məlumat verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video