05 Mart 2013 12:03
333
Təhsil
A- A+

Uğurların yolu elmdən keçir

 

Ucar şəhərindəki 3 nömrəli tam orta məktəbin binası 2011-ci ildə istifadəyə verilib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı xətti ilə inşa edilmiş bu ikimərtəbəli təhsil ocağı 220 şagirdlikdir.

Ancaq burada 248 şagird təhsil aldığına görə yardımçı binada əlavə sinif otaqları da ayrılıb. Üç laboratoriya və 16 kompyuter kollektivin sərəncamındadır.

Məzunların ali məktəbə qəbul göstəriciləri yüksək olmasa da, "Şahinlər" və "Cəsurlar" hərbi-vətənpərvərlik oyunlarında bu təhsil ocağı həmişə öncül yerlərdən birini tutur. Bu həm də məktəbin həyətində məşhur 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidənin yaratdığı ovqatla da bağlıdır. Alman faşist işğalçılarına qarşı müharibə zamanı əfsanəvi diviziyanın bu məktəbin həyətində toplanış məntəqəsi fəaliyyət göstərib. Ucarlılar işğalçı düşmənə qarşı müharibəyə buradan yola düşüblər.

Məktəbin direktoru Vüqar Məlikov bildirdi ki, abidənin önündə keçirilən tədbirlər, müharibə veteranları ilə görüşlər şagirdlərin vətənpərvərlik ruhunun artırılmasına müsbət təsir edir. İlk dərslərin abidə önündə keçirilməsi də milli-tarixi keçmişə bağlılıq baxımından çox əhəmiyyətlidir. Qalır bircə məsələ-dövlətin qayğısı sayəsində inşa edilmiş bu müasir və yaraşıqlı məktəbdə daha yüksək təhsil göstəricilərinə nail olmaq. Axı canlarını işğalçı düşmənə qarşı döyüşlərdə fəda etmiş ata-babalar da övladlarımızı bilikli, bacarıqlı görməyi arzu edirdilər. Əminik ki, tezliklə bu təhsil ocağının da daha çox məzununun sorağı ali məktəblərdən gələcək. Yeni texnologiyalar dövründə bütün uğurların yolu elmdən, təhsildən keçir. Bunu Ucar şəhərindəki 3 nömrəli tam orta məktəbin şagirdləri də dərindən başa düşürlər.

 

Telman NƏZƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video