14 Dekabr 2014 01:12
407
Oxucu məktubları
A- A+

Uğurların sayı artır

 

Ölkəmizdə idmana göstərilən qayğı rayonumuzun idman həyatını da canlandırır. Keçmişdə adlı-sanlı idmançılar əsasən paytaxt Bakını və digər iri şəhərləri təmsil edirdilərsə, indi bölgələrdə yetişən idmançılar da beynəlxalq yarışlarda yüksək nəticələrə imza atırlar.

İdmanın kütləviliyinin artması gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəlməsinə də müsbət təsir edir. İdmanla məşğul olan yeniyetmə həqiqi hərbi xidmətə çağırışa qədər həm fiziki, həm də mənəvi-psixoloji hazırlıq baxımından üstün keyfiyyətlər qazanır.

Rayonumuzda bədən tərbiyəsi və idmanla məşğul olan gənclərin sayı 4500 nəfərə yaxındır. İdmançılarımız 2014-cü ilin əvvəlindən respublika miqyaslı turnirlərdə müvəffəqiyyətlə çıxış edərək ümumilikdə 17 medal qazanıblar.

2013-cü ildə ağır atletika üzrə yeniyetmələr arasında Avropa ikincisi olan Dadaş Dadaşbəyli bu ilin fevral ayında Gənclər və İdman Nazirliyi və Respublika Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə 105 kiloqram çəki dərəcəsində Azərbaycan çempionu adını qazanıb. Dadaş Dadaşbəyli bu il həm də 8-ci “Zirvə” kubokunun, “Zirvə” Beynəlxalq İdman Klubunun ağır atletika üzrə dünya çempionatının qalibi olub. Gələcəkdə onun daha böyük uğurlar qazanacağına məşqçiləri əmindirlər. Belə idmançıların uğurları, dövlətimizin onlara göstərdiyi qayğı idmanın kütləviliyinə, gənclərin zərərli vərdişlərdən uzaq olmalarına müsbət təsir edir.

 

Elnur AĞƏLİYEV,

Qobustan rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video