20:38 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Uğurlarımı daha da artıracağam
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:01 29.01.2012

 

Ölkəmizdə gənclərin təhsil alması, üçün hər cür şərait yaradılıb. Son vaxtlar yaşadığım Ucar rayonunda görülən abadlıq, quruculuq işləri biz gəncləri də sevindirir.

Dərslərimi yaxşı oxumaqla yanaşı, kiçik yaşlarımdan şahmatla da məşğul olmuşam. Təcrübəm və həvəsim artdıqca uğurlarım da sıralanıb. Bu baxımdan, 2011-ci il həyatımda daha əlamətdar olub. Avropa çempionluğumdan əlavə, ötən ilin aprel ayında 14 yaşlılar arasında Polşada keçirilən şahmat üzrə dünya çempionatında ən yüksək nəticə ilə dünya çempionu adını qazanmışam. 14 yaşlı qızlar arasında respublika şahmat olimpiadasının qalibi olmağım da uğurlarım sırasındadır.

Çoxdan arzulayırdım ki, rayonumuzda müasir şahmat məktəbi olsun. Ötən il bu arzuma da çatdım - oktyabrın 30-da cənab Prezident İlham Əliyevin iştirakı ilə Ucarda müasir və çox yaraşıqlı Şahmat məktəbinin açılışı oldu. Həmin açılış mərasimində ölkə rəhbərinin mənimlə görüşüb söhbət etməsi ömrüm boyu yadımdan çıxmayacaq. Bu görüşdə özümü çox xoşbəxt hiss etdim ki, belə bir ölkədə yaşayıram. Görün  dövlət başçısı adi bir gənclə necə maraqlanır, onun uğurlarına necə sevinir.

Mənə göstərilən belə yüksək etimad şahmata həvəsimi daha da artırıb. Çalışacağam ki, bir şahmatçı kimi Azərbaycanı daha böyük yarışlarda uğurla təmsil edim.

 

Xatın BAĞIROVA,

Ucar Şahmat məktəbinin şagirdi, Avropa və dünya çempionu



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM