19 Iyun 2021 01:24
1466
İDMAN
A- A+

UEFA-dan xəbərdarlıq

 

UEFA “Avro-2020”nin iştirakçıları olan milli komandalara xəbərdarlıq edib. Federasiyalara edilən müraciətdə Avropa çempionatının qaydalarına riayət edilməli və turnirin sponsorlarına hörmətlə yanaşmaq lazım olduğu xatırladılıb.

Bu xəbərdarlığa səbəb bir neçə gün əvvəl Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo və Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqbanın mətbuat konfransındakı hərəkətləridir. Sözügedən oyunçular masanın üstündəki “Avro-2020”nin sponsoru olan içkiləri kənara qoyublar. Bundan sonra isə bir neçə futbolçu eyni hərəkəti təkrarlayıb.

Turnirin direktoru Martin Kallen isə bununla bağlı açıqlamasında federasiyalara cəza verilə biləcəyini deyib: “Turnirdə iştirak edən federasiyalar qaydaları imzalayıblar. UEFA heç vaxt futbolçuları birbaşa cəzalandırmaz. Bunu daima turnirdə iştirak edən ölkələrin yerli federasiyaları vasitəsilə edirik. UEFA komandalara sponsorların turnirin təşkili və futbolun inkişafı üçün nə qədər vacib olduğunu xatırlatdı”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video