08 Iyul 2021 00:54
861
İDMAN
A- A+

UEFA-dan Azərbaycana təşəkkür

 

“Avro-2020”nin Bakı Olimpiya Stadionunda keçirilmiş 4 oyunu ilə bağlı UEFA tərəfindən AFFA-ya təşəkkür məktubu daxil olub. Qitə futbol qurumunun tədbirlərin təşkili üzrə baş direktoru Martin Kallenin adından göndərilən məktubda deyilir: “Hörmətli həmkarlar, Bakıda keçirilən 4 oyunun yüksək səviyyədə təşkilinə görə sizi təbrik edirik. Bu, inanılmaz bir uğurdur!

Ötən bir neçə həftə bu işə cəlb olunan hər kəs üçün çox gərgin keçdi. “Avro-2020” layihəsinə sərf etdiyiniz əməyə görə hər birinizə təşəkkür edirəm. Əzmkar və motivasiyalı insanların bir komanda şəklində birlikdə çalışdığı, ortaq məqsəd və ambisiyalara sahib olduğu halda nələrin əldə oluna biləcəyini nümayiş etdirdiniz.

Mən Bakıda keçirilmiş bir oyunda iştirak etmək şərəfinə nail oldum və işçi heyətindəki atmosferdən, yüksək peşəkarlıq standartlarından çox təsirləndiyimi deyə bilərəm. COVID-19-un son bir neçə ayda yaratdığı qeyri-müəyyənlik fonunda belə, AVRO-2020 oyunlarını həvəslə təşkil etmək əzminiz bariz şəkildə görünürdü. Bunu həmişə - bu gün və bu yaydakı yarışdan hələ çox sonra da xatırlaya və bununla fəxr edə bilərsiniz. Bu müddət ərzində birlikdə çalışdıqdan sonra siz UEFA-nın geniş Avropa ailəsinin ayrılmaz bir hissəsinə çevrildiniz. Ümid edirəm ki, bu layihədə çalışdığınız müddətdə zövq aldınız və turnirin həyəcanlı keçəcəyi şübhə doğurmayan qalan oyunlarını izləməkdən də zövq alacaqsınız. Həm UEFA, həm də öz adımdan bütün gələcək işlərinizdə sizə xoş arzularımı çatdırıram!”

Xatırladaq ki, Bakı Olimpiya Stadionu qrup mərhələsinin Uels - İsveçrə, Türkiyə - Uels və İsveçrə - Türkiyə matçlarına, həmçinin 1/4 final mərhələsinin Çexiya - Danimarka görüşünə evsahibliyi edib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video