15 Sentyabr 2021 10:32
761
İDMAN
A- A+

UEFA Çempionlar Liqasının qrup mərhələsinin səkkiz qarşılaşması keçirilib

 

Futbol üzrə Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün qrup mərhələsinin birinci turun oyunlarına sentyabrın 14-də start verilib.

AZƏRTAC xəbər verir ki, turun ilk oyun günün ən maraq doğuran görüşü “E” qrupunda yer alan komandalar arasında baş tutub. İspaniyanın “Barselona” klubu öz meydanında Almaniyanın “Bavariya” komandasını qəbul edib.

Görüşdə daha üstün oyun sərgiləyən Münxen təmsilçisi rəqibin qapısından üç cavabsız top keçirib. "Bavariya"nın heyətində Robert Levandovski (2) və Tomas Müller fərqləniblər.

Bu qrupun digər görüşündə "Dinamo Kiyev" (Ukrayna) öz meydanında "Benfika"nı (Portuqaliya) qəbul edib. Görüşdə qalib müəyyənləşməyib - 0:0.

Gecənin sensasiyası İsveçrədə qeydə alınıb.

Həmin oyunda "Yanq Boyz" İngiltərənin "Mançester Yunayted" komandası üzərində əzmkar qələbə qazanıb - 2:1.

Hesabı 13-cü dəqiqədə Kriştiano Ronaldo açıb. Matçın 35-ci dəqiqəsində Aron Van-Bissaka qırmızı vərəqə alaraq, "qırmızı şeytanlar"ı azlıqda qoyub. "Yanq Boyz" say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. Oyunun 90+5-ci dəqiqəsində Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.

Günün bütün görüşləri aşağıdakılardır:

“E” qrupu

“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) - 0:3;

“Dinamo Kiyev” (Ukrayna) – “Benfika” (Portuqaliya) - 0:0.

“F” qrupu

“Yanq Boyz” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə) - 2:1;

“Vilyarreal” (İspaniya) – “Atalanta” (İspaniya) - 2:2.

“G” qrupu

“Sevilya” (İspaniya) – “Zalsburq” (Avstriya) - 1:1;

“Lill” (Fransa) – “Volsburq" (Almaniya) - 0:0.

“H” qrupu

“Çelsi” (İngiltərə) – “Zenit” (Rusiya) - 1:0;

“Malmö” (İsveçrə) – “Yuventus” (İtaliya) - 0:3.

Qeyd edək ki, qrup mərhələsinin digər 8 qarşılaşması sentyabrın 15-də oynanılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video