28 Iyul 2021 00:22
993
İDMAN
A- A+

Uduzan legionerimizdən özünə təsəlli

 

“Əsas odur ki, yaxşı qılınc oynatdım”

 

“İlk Olimpiadamı 1/8 finalda başa vurdum. Bu, pis nəticə deyil”.  Bunu Azərbaycan qılıncoynadanı Anna Başta deyib.

“Tokio-2020”də 1/8 finalda mübarizəni dayandıran sablyaçı üzləşdiyi uğursuzluğa baxmayaraq, Yaponiya paytaxtından məmnun ayrılıb: “Əsas odur ki, yaxşı qılınc oynatdım. Özümlə fəxr edirəm. İrəliyə doğru böyük addım atdım. Deyə bilərəm ki, ilk oyunlarım müsbət təcrübə ilə nəticələndi. Əlbəttə, evə Olimpiya çempionu statusu ilə qayıtmaq istəyərdim. Amma Olimpiya medalları konfet qabında qoyulmayıb ki, sadəcə yaxınlaşıb götürəsən. Mənim vaxtım hələ qabaqdadır. Bunun üzərində çalışıram”.

Legioner idmançımız ABŞ təmsilçisi Anne-Elizabet Stouna qarşı keçirdiyi ilk görüşün nəyin hesabına qələbə ilə bitirməsinə də aydınlıq gətirib: “Sevinirəm ki, Olimpiadadakı ilk görüşümdə qələbə qazandım. Amerikalı Elizabet-Anne Stouna qalib gəldim. Bu qarşılaşmaya bir neçə ay hazırlaşmışdım. Şadam ki, məşqçi ilə qurduğumuz taktika özünü doğrultdu. Bütün bunlar hədər getmədi.  Çox ağır idi. Öz oyun üslubumu diktə etmək asan olmadı. Rəqib oyun boyu məni sındırmağa, ritmdən çıxarmağa, görüşün axarını dəyişməyə çalışırdı. Hakimlərlə mübahisələr edirdi. Lakin mən buna hazır idim. Nə edəcəyimi bilirdim. O da mənimlə görüşə xüsusi hazırlıqla çıxmışdı. Amma emosiyalarımın öhdəsindən mən daha yaxşı gəldim”.

1/8 finalda rusiyalı Olqa Nikitinaya uduzaraq mübarizəni dayandıran Başta əlindən gələni etdiyini bildirib: “İkinci qarşılaşmam isə təəssüf ki, məğlubiyyətlə bitdi. Çox ağır “setka”ya düşmüşdüm. Bəli, üzücü idi. Amma sonadək döyüşdüm. Bilirəm ki, nədə uduzmuşam. Bu da çox vacibdir. Bir az istirahət edib, sonra səhvlərim üzərində çalışacağam”.

Anna Olimpiadanın bəxş etdiyi hisslərdən də danışıb: “Emosiyalar baxımından çox qeyri-adi turnir idi. Soyadını Olimpiada ilə yanaşı qoyanda dərhal adamı həyəcan bürüyür. Olimpiadada qələbə qazanmaq sözlə ifadə olunmayacaq emosiyalar bəxş edir. Məni dəstəkləyən, azarkeşlik edən, gecə 4-də oyanıb mənə, mənim ilk Olimpiadama baxan hər kəsə təşəkkür edirəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video