Üç dənizin gerçəkləşən əfsanəsi
19 il əvvəl sentyabrın 18-də BTC-nin təməli qoyulmuşdur
Əsrimizin ilk illərində müharibə şəraitində yaşayan, bir milyon qaçqını-köçkünü olan, iqtisadiyyatı “qədd”ini təzəcə düzəldən bir ölkədə belə nəhəng layihənin gerçəkləşməsi asan məsələ deyildi. Hərçənd BTC-ni hələ o vaxtdan “Üç dənizin əfsanəsi” adlandırırdılar. Əslində isə BTC nə “birləşdirdiyi” üç dənizin, nə dağlarda çatdıgı 2800 metrlik zirvələrin, nə də kəsişdiyi 1500 çayın əfsanəsi idi. Bu əfsanəni Heydər Əliyev qüdrəti həqiqətə çevirmişdir!
Azərbaycanın yeni neft strategiyasının əsas istiqamətlərindən biri ölkənin böyük neftinin dünya bazarlarına nəqli idi. Odur ki, “Əsrin müqaviləsi”ndən sonra növbəti layihələrin həyata keçirilməsi gündəmə gəlirdi. Məqsədin reallaşması üçün Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin ortalarında özünün mühüm qərarını verdi. Bu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi haqqında qərar idi. Kəmərin tikintisinin başlanması üçün bir neçə il ardıcıl iş getdi.
Çünki marşrutun müəyyənləşdirilməsi, xəttin çəkilməsinə razılığın əldə olunması lazım idi. Buna görə, 1998-ci il oktyabrın 19-da BTC-nin tikintisi ilə bağlı “Ankara bəyannaməsi” imzalandı. 1999-cu il noyabrın 18-də isə ATƏT-in İstanbul Zirvə toplantısında “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair” sazişə imza atıldı. Bu mühüm sənədi 5 ölkənin - Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və ABŞ-ın prezidentləri öz imzaları ilə təsdiqlədilər.
Lakin BTC ideyası yaranan gündən Azərbaycanın istər daxilində, istərsə də xaricində kəmərin tikintisi əleyhinə çıxış edən qüvvələr baş qaldırdı. Onlar müxtəlif bəhanələr gətirirdilər. Bir dəstə deyirdi ki, Azərbaycanın bu boru xəttini doldurmağa kifayət qədər nefti yoxdur. Belə mülahizə yürüdənlər də vardı: “Kəmər heç vaxt gəlirlə işləyə bilməyəcək”. Bəziləri isə boruların seysmik cəhətdən riskli zonalardan keçəcəyini söyləyirdilər. BTC-nin ekologiyaya ziyan vuracağını söyləyənlər də tapılmışdı. Halbuki həmin fikirlərin müəlliflərinin heç birinin bu sahələr barədə dərin bilgiləri yox idi.
Ulu Öndər isə uzaqgörənliklə BTC-ni Azərbaycanın gələcəyini çox böyük dərəcədə müəyyən edəcək bir layihə kimi dəyərləndirirdi və onun gerçəkləşməsi üçün mübarizə aparırdı. Bunun nəticəsidir ki, 2002-ci il sentyabrın 18-də Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalında kəmərin təməlqoyma mərasimi keçirildi. Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları, ABŞ-ın energetika naziri, layihənin tərəfdaşları olan tanınmış xarici şirkətlərin səlahiyyətli nümayəndələri, neçə-neçə ölkənin jurnalistləri orada idilər. Bu qeydlərin müəllifinə də həmin tarixi hadisəni görmək, Ümummilli Liderin tədbirdəki parlaq nitqini dinləmək xoşbəxtliyi nəsib olub.
Beləliklə, BTC artıq gerçəkləşməkdə idi. Ulu Öndər bunu öz çıxışında da qeyd etdi: “Bu yaxın vaxtlarda İstanbulda “Üç dənizin əfsanəsi” adlı konfrans keçirildi. Orada əfsanə haqqında söhbət gedirdi. Mən orada nitq söylədim, dedim, siz burada əfsanədən danışırsınız, amma mən sizə demək istəyirəm ki, bu, xəyal deyil, əfsanə deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi birləşəcəkdir. Bunu birləşdirən də Türkiyə, Gürcüstan, Azərbaycan, onların həyata keçirdikləri bu layihə və Amerika Birləşmiş Ştatlarının bu məsələyə daimi dəstəyi olmuşdur. Ona görə də indi xəyaldan gerçəkliyə gəlib çatmışıq”.
Bununla belə, BTC-nin bədxahları kəmərin təməli qoyulandan sonra da rahatlıq tapa bilmir, hər vasitə ilə layihəyə əngəl törətmək istəyirdilər. Bir sıra qeyri-hökumət təşkilatları tikintiyə mane olmaq üçün növbəti səbəblər uydururdular. Bu dəfə kəmərin Gürcüstanın “Borjomi” mineral su mənbəyinə ekoloji cəhətdən guya zərbə vuracağı fikrini ortaya atdılar. Bu da layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədlərinin imzalanmasını gecikdirirdi. Hətta müxtəlif qruplar kəmərin tikintisini maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısına toplaşaraq onun çəkilişinə etiraz edirdilər.
Lakin 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən “Şərq-Qərb enerji dəhlizi reallıqdır” konfransı öz işini davam etdirdiyi günlərdə Ümummilli Lider Beynəlxalq Maliyyə Korporasiyasının, BTC-yə kredit verəcək digər qurumların rəhbərləri ilə görüşdü, söhbətlər apardı. Bütün bunlar layihənin irəliləməsinə təkan verdi. Beləliklə, Heydər Əliyevin dünyadakı hörmət və nüfuzu BTC-ni bu çətinlikdən də çıxardı.
2004-cü ilin fevral ayında isə Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşməsinə aid son sənədlər imzalandı və bu problem tamamilə həll olundu.
2005-ci il mayın 25-də kəmərə Səngəçal terminalındakı baş nasos stansiyasından ilk neft vuruldu. 2006-cı il mayın 28-də BTC-nin daşıdığı neft Ceyhan terminalına çatdı. Həmin il iyulun 13-də kəmərin tam sistem kimi işə düşməsi münasibətilə Türkiyədə təntənələr keçirildi.
Həmin vaxtdan bəri öz yaradıcısının - Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyan kəmər fasiləsiz və təhlükəsiz işləyir. Bu gün onun gündəlik ötürücülük gücü 1,2 milyon bareldir. Kəmərə əsasən, “Azəri-Çıraq-Günəşli”nin nefti və “Şahdəniz”in kondensatı vurulur. Bundan əlavə, BTC-yə müəyyən həcmdə Türkmənistan, Rusiya və Qazaxıstan nefti də qoşulur.
Hazırda BTC Ko.-nun səhmdarları bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), “Ekvinor” (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), İTOÇU (3,4 faiz), İNPEKS (2,5 faiz), “EksonMobil” (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir. Əməliyyatçı olan bp şirkətinin məlumatına görə, bu ilin birinci yarısında Ceyhan terminalında BTC vasitəsilə ixrac olunmuş 13 milyon tondan artıq (təqribən 99 milyon barel) xam neft və kondensat 137 tankerə yüklənmiş və yola salınmışdır. Kəmər 2006-cı ilin ortalarında istismara veriləndən bu il iyulun 1-dək ümumilikdə təqribən 488 milyon tondan çox (3,66 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4796 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
BTC bütün regionun həyatında mühüm rol oynayır. O, ötən illər ərzində 1768 kilometr məsafə qət edərək ərazisindən keçdiyi üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin sakinlərinin güzəranını xeyli yaxşılaşdırıb. Kəmər Azərbaycana böyük gəlirlər gətirib. Həmin vəsait ARDNF-yə (Azərbaycan Respublikası Dövlət Neft Fondu) daxil olur, eləcə də ölkənin ən zəruri sosial-iqtisadi problemlərinin həllinə yönəldilir.
Vaxtilə Ulu Öndər BTC-nin iqtisadi gücünü qeyd etməklə yanaşı, onu həm də Azərbaycanı Avropa ilə daha sıx bağlayacaq polad kəmərə bənzətmişdi. Bu gün BTC, həqiqətən, Azərbaycanı beynəlxalq enerji ailəsinə qovuşdurub və dünyanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Bunu dəfələrlə vurğulayan Prezident İlham Əliyev BTC-dən başlanan yolları geniş dəhlizlərə çevirərək dünyanın ən uzaq ünvanlarına çatdırıb.
2018-ci il mayın 29-da Səngəçal terminalında “Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimindəki nitqində dövlət başçısı BTC-ni bir daha yüksək dəyərləndirərək demişdir: “2002-ci ildə biz artıq “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır.
Azərbaycan bu gün, eyni zamanda, etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”.
Flora SADIQLI,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!