15 Oktyabr 2011 07:10
383
SİYASƏT
A- A+

Türkiyənin nüfuzlu «EkoAvrasya» jurnalı Azərbaycana xüsusi buraxılış həsr etmişdir

 

Türkiyənin nüfuzlu "EkoAvrasya" jurnalının Azərbaycana həsr edilmiş xüsusi buraxılışı nəşr olunmuşdur.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, jurnalda Azərbaycanın iqtisadiyyatı, neft sənayesi, xarici siyasəti, ölkəmizin Cənubi Qafqazdakı geosiyasi rolu, Azərbaycan-Türkiyə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə dair məqalələr dərc olunmuşdur.

Nəşrdə Azərbaycan-Türkiyə əlaqələrinə xüsusi toxunularaq bu münasibətlərin ölkələrimiz arasında imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Saziş ilə daha yüksək səviyyəyə çatdığı qeyd olunmuşdur. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfərinə həsr olunmuş məqalədə onun Türkiyənin bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın yanında olacağı, terrora qarşı birgə  mübarizənin davam etdiriləcəyi fikri əksini tapmışdır.

 Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayına dair məqalədə isə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən diaspor quruculuğu işinə xüsusi diqqət və qayğı göstərildiyi vurğulanmışdır. Dövlətimizin başçısının qurultaydakı nitqi ilə yanaşı, məqalədə bu qurultayda müxtəlif ölkələrdən olan hökumət və parlament nümayəndələrinin fikirlərinə də geniş yer verilmişdir. Məqalədə qurultayda qəbul olunmuş qərarlar, diaspor quruculuğundakı xidmətlərinə görə orden və medallarla təltif edilmiş bir sıra diaspor fəallarının adları da qeyd olunmuşdur. 

Jurnalda həmçinin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada, Kreml sarayında keçirilmiş "Azərbaycan gecəsi" haqqında məqalə dərc edilmişdir. Azərbaycan və Rusiyanın birinci xanımları Mehriban Əliyeva və Svetlana Medvedevanın iştirak etdikləri tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirdiyini, Azərbaycanın Şərq dünyasında ilk parlament respublikası olduğunu, Şərqdə ilk opera və baletin Azərbaycanda yaradıldığını qeyd edərək ölkəmizin əldə etdiyi nailiyyətlərlə qürur duyduğunu vurğulaması məqalədə xüsusi qeyd olunmuşdur.

Jurnalda həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) rəhbəri Leyla xanım Əliyevanın Böyük Britaniyanın nüfuzlu "Haffinqton post" qəzetində dərc olunmuş "Yaşıl gündəlik: sərhədləri aşaraq" sərlövhəli məqaləsinə dair də material dərc edilmişdir.

Nəşrdə Azərbaycanın "Eurovision" beynəlxalq mahnı müsabiqəsində qələbəsinə həsr olunmuş məqalə də yer almışdır.

"EkoAvrasya" jurnalında Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun "Dünyadakı bütün diaspor təşkilatlarımız azərbaycanlıların rifahı üçün çalışmaqdadır" sözləri sərlövhə seçilmiş məqalə də dərc olunmuşdur. Məqalədə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatların sayının 416-a çatdığı, onların gündən-günə gücləndiyi və fəaliyyət göstərdiyi ölkələrin cəmiyyətinə təsir imkanlarının genişləndiyi qeyd edilmişdir. Məqalə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun "Azərbaycan lobbisi artıq utopiya deyil. Çox yaxın zamanda biz hamımız güclü Azərbaycan lobbisinin fəaliyyətini hiss edəcəyik" fikri ilə tamamlanmışdır.

Xatırladaq ki, "EkoAvrasya" jurnalının təsisçisi Avrasiya İqtisadi- Sosial Əlaqələr Dərnəyidir. Rübdə bir dəfə nəşr olunan jurnal dünyanın 10-dan artıq ölkəsində pulsuz yayımlanır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video