13:01 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyənin milli təhsil naziri Qubada STEAM mərkəzinin açılışında iştirak edib
ANA SƏHİFƏ / TƏHSIL
14:47 28.05.2021

 

Mayın 28-də Azərbaycanın təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Qubaya səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirlər əvvəlcə Quba rayonunun İqrıq kənd qəbiristanlığında 1918-ci ildə Azərbaycana köməyə gələn xilaskar türk ordusunun könüllülərindən olan iki əsgərin məzarını ziyarət edib. Burada dəfn edilən türk əsgərləri o vaxt Quba qəzasında soyqırımı törədən ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqla şəhid olublar.

Bildirilib ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, buradakı müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Ermənilər İqrıq kəndində də evləri talan edib, məscidi yandırıb, kənd sakinlərinə amansız divan tutublar. Ermənilərin törətdikləri qırğınların qarşısı Nuru Paşanın rəhbərlik etdiyi xilaskar türk ordusunun köməyə gəlməsindən sonra alınıb. Ona görə də kənd sakinləri burada dəfn olunan türk əsgərlərinin xatirəsini daim ehtiramla anırlar.

Daha sonra təhsil naziri Emin Əmrullayev Türkiyənin milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Komplekslə tanışlıq zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.

Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarandığı müəyyən edilib.

Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar.

Qonaqlar Quba şəhərində yeni salınan Azərbaycan-Türkiyə Qardaşlıq Parkı ilə tanış olublar.

Qubaya səfər çərçivəsində Təhsil Nazirliyinin tabeliyindəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyinin qonağı olan nümayəndə heyəti liseyin nəzdində yaradılan STEAM mərkəzinin açılışında iştirak edib.

Təhsil naziri Emin Əmrullayev bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilinin əvvəlindən STEAM layihəsinin məktəblərimizdə tətbiqinə başlanılıb. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir. Nazir diqqətə çatdırıb ki, mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə yaradılmış imkanlardan sözügedən liseylə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə bilərlər.

Bildirilib ki, STEAM layihəsinin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.

Qubadakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyi ilə yanaşı Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyi, eləcə də Abşeron rayonu Xırdalan şəhəri 3 nömrəli tam orta məktəbin və Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika liseyi nəzdində də STEAM mərkəzi yaradılıb. Bu mərkəzlərin sayının 10-a çatdırılması nəzərdə tutulur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM