19:11 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyənin “Eti Bakır” Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib

ANA SƏHİFƏ / ELANLAR
00:20 13.03.2021

 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Türkiyənin ən böyük özəl şirkətlərindən biri olan “Cengiz Holding”in törəmə şirkəti “Eti Bakır” Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Qurumun Mətbuat xidmətinin məlumatına görə, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə, xüsusilə də dağ-mədən sektorunda əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğu qeyd olunub.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verərək dağ-mədən sektorunun inkişaf etdirilməsi məqsədilə icra edilən layihələrdən danışıb. İdarə Heyətinin sədri “AzerGold” tərəfindən 2021-2027-ci illər ərzində “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha 6 qızıl yatağının, eləcə də 1 polimetal və 4 mis yatağının istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.

Daha sonra “Eti Bakır” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Şeref Cengiz rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verib. O, şirkətin Türkiyə və regionun mis hasilatı və metallurgiya sənayesindəki öncül mövqeyindən bəhs edib. Ş.Cengiz ötən ay Ankara şəhərində keçirilən Türkiyə-Azərbaycan biznes-forumu çərçivəsində Azərbaycan hökuməti ilə “Eti Bakır” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair imzalanmış sazişin dağ-mədən sektorunda tərəfdaşlığa mühüm töhfələr verəcəyini qeyd edib.Türkiyəli qonaq mis yataqlarının işlənməsinə və metallurgiya sənayesinin inkişafına dəstək verməyə hazır olduqlarını bəyan edib.

Zakir İbrahimov Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun şanlı qələbəsi nəticəsində azad edilən Qarabağ regionunun böyük iqtisadi potensialının olduğunu, mövcud resursların dağ-mədən sektorunda ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib. İdarə Heyətinin sədri “AzerGold” QSC-nin dövlət şirkəti olaraq bu sahədə dost və qardaş Türkiyə şirkətlərinə hər zaman dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə dağ-mədən sahəsində tətbiq olunan qabaqcıl texnologiyaların öyrənilməsi, geoloji kəşfiyyat işləri, yataqların resurs və ehtiyatlarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi metodologiyaları və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda təcrübə mübadiləsi çərçivəsində texniki heyətlərin qarşılıqlı tanışlıq səfərlərinin təşkil edilməsinə dair razılıq əldə olunub.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM