19 Fevral 2021 00:37
847
Səhiyyə
A- A+

Türkiyəli psixoloq: “Bizə daha çox post-travmatik stres pozuntuları ilə bağlı müraciətlər olur”

 

Türkiyədən gələn peşəkar klinik-psixoloq və psixoterapevtlərə daha çox post-travmatik stres pozuntuları ilə bağlı müraciətlər olur. Bu, hər bir müharibədən sonra gözlənilən haldır. Post-travmatik stres müharibə sindromudur. Bundan başqa, bizə şiddətli baş ağrıları, aqressivlik, yuxusuzluq, depressiya, təşviş, daim həyəcan keçirmək şikayətləri ilə müraciətlər edilir. Ümumilikdə Azərbaycanda olduğumuz müddətdə 512 nəfərə psixoloji xidmət göstərmişik. Müraciət edən şəxslərdə nəfəs çatışmazlığı, boğulma hissləri, əllərin və bədənin əsməsi, tərləmə əlamətləri də müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsindən sonra mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardım etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə ölkəmizə gəlmiş qardaş Türkiyənin peşəkar klinik-psixoloq və psixoterapevtlərindən ibarət nümayəndə heyətinin rəhbəri Selçuk Demirtaş jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, xüsusilə terrordan zərər çəkmiş insanlarda mərmi düşməsi nəticəsində dilin tutulması, qulağın eşitməməsi, ünsiyyətdən qaçma əlamətləri olur. On iki nəfər bu simptomla bizə müraciət edib. Onların müalicəsi davam edir. Bəziləri artıq danışa və eşidə bilir.

“Psixoloqlarımızın qəbuluna müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin yaxınları, Bərdənin, sərhəd bölgələrinin terrordan zərər çəkmiş sakinləri gəlirlər. Həmin şəxslər gecələr oyanma, qışqırma, qorxu, təşviş əlamətləri ilə müraciət edirlər. Onlara da əlimizdən gəldiyi qədər kömək göstərir və müalicə edirik. Qısa müddətdə səmərə verən müalicə üsullarından istifadə edirik. Yuxusuzluq, aqressiya, şiddətli baş ağrıları, stres adətən ilk seansdan sonra keçir. Həm Bakıda, həm də Gəncə və Bərdədə psixoloq-mütəxəssislərə hələ də müraciət etməyən insanlar var. Onları da dinləyib lazımi kömək göstərəcəyik” deyə Selçuk Demirtaş vurğulayıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video