15 Avqust 2021 08:33
781
DÜNYA
A- A+

Türkiyədə meydana gələn təbii fəlakət nəticəsində itkin düşən 77 nəfərin axtarışları davam edir

 

Türkiyədə baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb. Onlardan 15-nin kimliyi hələ ki, müəyyənləşdirilməyib, 62-sı Kastamonuda, 15-i Sinopda olmaqla, ümumilikdə 77 nəfərin axtarışları davam edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin enerji və təbii qaynaqlar naziri Fatih Dönməz və ətraf mühit və şəhərsalma naziri Murat Kurum ilə birgə daşqın bölgəsini ziyarətləri zamanı bildirib.

Yaşanan selin bu günə qədər ölkədə görülən ən ağır mənzərə olduğunu deyən nazir bildirib: “Bir tərəfdən təmizlik işləri aparılır, digər tərəfdən isə kəndlərimizi elektrik enerjisi ilə təmin etmək üçün helikopterlər vasitəsilə bölgələrə generatorlar çatdırılır. Hazırda bütün bölgələrdə ümumilikdə 100-ə yaxın mobil generator fəaliyyət göstərir. Ziyan görmüş bölgəyə indiyədək kampaniyalar vasitəsilə 47 milyon 600 min türk lirəsi məbləğində yardım toplanıb. Dövlət tərəfindən də sabahdan etibarən ilkin yardımların ödənilməsinə başlanılacaq”.

Ətraf mühit və şəhərsalma naziri Murat Kurum dağılan tikililərin bir il ərzində bərpa ediləcəyini deyib. Bildirib ki, indiyədək təbii fəlakət bölgələrində ümumilikdə 454 ağır zədəli və ya dağılmış tikili müəyyən edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video