22 Dekabr 2011 01:12
436
DÜNYA
A- A+

Türkiyədə «Frans Press» agentliyinin fotoqrafı həbs edildi

 

polisi PKK terrorçuları ilə əlaqədə şübhəli bilinən şəxslərin tutulması əməliyyatı zamanı "Frans Press" agentliyinin fotoqrafı Mustafa Özəri, habelə bir neçə digər jurnalisti həbs etmişdir. Bu barədə fotoqrafın vəkilinə istinadən agentlik xəbər verir.

Vəkil Sibel Tokaoğlunun dediyinə görə, polis fotoqrafın evində bir neçə saat axtarış aparmış və kompakt disklər, yaddaş kartları, habelə müxtəlif sənədləri müsadirə etmişdir.

"Anadolu" agentliyinin verdiyi xəbərə əsasən, Türkiyənin 7 şəhərində azı 38 nəfər saxlanmışdır. Həbs olunanlar PKK terrorçu təşkilatı ilə əlaqədə şübhəli bilinirlər.

Xatırladaq ki, son dəfə analoji əməliyyat noyabrın 22-də keçirilmişdir. O vaxt Diyarbəkir, İstanbul, İzmir, Bursa və Ankarada 65 nəfər tutulmuşdur.

Qeyd edək ki, 1984-cü ildən bəri PKK terrorçularının törətdiyi qanlı aksiyalar nəticəsində 45 min nəfər həlak olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video