21:45 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyədə 16 yaşlı şahmatçılar arasında Ümumdünya Olimpiadası start götürmüşdür
ANA SƏHİFƏ / İDMAN
04:10 26.10.2011

 

Türkiyənin İzmit şəhərində  16 yaşınadək gənclər arasında Ümumdünya Şahmat Olimpiadası  start götürmüşdür.  İsveçrə sistemi ilə 10 turda keçirilən  turnirdə 26 komanda iştirak edir.

Azərbaycan komandasının tərkibində  qrossmeyster Nicat Abbasov (2470), beynəlxalq usta  Ülvi Bacarani (2434), FİDE ustası  Kənan İzzət (2238), Misrəddin İsgəndərov (2300) və Sucayət Orucov (2210) təmsil olunmuşlar. Azərbaycan komandası həm təsnifatına, həm də orta reytinqinə (2361) görə 24 komandanı üstələyir. Reytinqdə birinci yeri Rusiya yığması tutur.

Azərbaycan şahmatçıları birinci turda  İngiltərə komandasını 3:1 hesabı ilə udmuşlar: N.Abbasov, K.İzzət, M.İsgəndərov qalib gəlmiş, Ü.Bacarani uduzmuşdur.

Yığmamız ikinci turda Çexiya şahmatçıları ilə qarşılaşacaqdır. N.Abbasov Tadeas Balaçek, K.İzzət Tomas Kraus, M.İsgəndərov Pyotr Çizinski, S.Orucov Stepan Seydl ilə görüşəcəkdir



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM