23:26 18 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə və Rusiya prezidentləri Qarabağdakı vəziyyəti müzakirə ediblər
ANA SƏHİFƏ / SİYASƏT
19:22 13.01.2021

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, telefon söhbəti zamanı Türkiyə-Rusiya əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib, Qarabağda atəşkəsin nəzarətdə saxlanılması və müşahidə aparılması üçün yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı vəziyyət dəyərləndirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bölgədə sabitliyin və sülhün bərqərar olması üçün yaranmış vəziyyətə lazımi töhfə və dəstək verəcəyini ifadə edib.

Qarabağda azərbaycanlıların və ermənilərin sülhməramlı qüvvələrə və Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac duymadan dinc birgəyaşayışını təmin edəcək şərtlər yaratmaq istədiklərini bildirən Türkiyənin dövlət başçısı bu reallıqların bütün dünyaya Türkiyə-Rusiya əməkdaşlığının konstruktiv nəticəsi kimi bir daha nümayiş olunacağını vurğulayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM