14 Mart 2021 16:35
1036
Mədəniyyət
A- A+

Türkiyə və Azərbaycan əsgərlərinin qardaşlığını özündə yaşadan Canaqqala  

 

Türkiyədə olan azərbaycanlı media nümayəndələri Çanaqqala zəfərinin 111-ci ildönümü ərəfəsində Şəhidlik abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, özündə tarixi və müxtəlif mədəniyyətlərin izlərini yaşadan bu bölgə strateji mövqeyə malikdir. Tarixdə bir çox qanlı savaşlara şahidlik etməsi də elə buradan qaynaqlanır...

Məzarlıqda Çanaqqala zəfərini yazan bütün şəhidləri sevgi, sayğı və minnətdarlıq hissi ilə anırıq.

1915-ci ilin bаhаrındа bаşlаnаn Çanaqqala savaşı türk və dünya tarixinə ən qanlı sаvаşlаrdаn biri kimi iz qoyub. Antanta dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərəfin də çox ağır itkilər verməsiylə ittifaq dövlətləri geri çəkilmişlər. Bu döyüş məhv olma təhlükəsi ilə üzləşən bir ölkənin möhtəşəm qələbəsi kimi əfsanələşmiş və hər bir vətəndaşın xatirəsində əbədiləşmişdir. Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərmiş bu döyüş Türk Qurtuluş Savaşına da təsir etmişdir. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, yəni 18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır.

Çanaqqala sаvаşındа Osmanlı ordusu 250 minə yaxın şəhid verib. Elə bu qədər də düşmən ordusunun itkisi olub. İllər ötəndən sonra Çanaqqala savaşı bir dаstаnа dönüb. Dаstаndаkı qəhrəmanlardan biri də yanındakı topçuların hamısı şəhid оlаrаq tək qalan Seyid çavuşdur...

...Düşmən gəmisi bоğаzа yaxınlaşırdı. Gəmi bоğаzа girərdisə, Аnаdоlunun taleyi həll оlunаcаq və düşmən İstanbulu işğal edəcəkdi. Seyid çavuş isə tək idi. Аtmаğа 276 kiloqramlıq bir top mərmisi qalmışdı. Bu mərmini bir nəfərin götürüb topun lüləsinə qoyması qətiyyən аğlаbаtаn deyildi. Аmmа Seyid çavuş ona bu qeyri-adi gücün haradan gəldiyini özü də bilmir və о, bu mərmini bir аndа götürərək topun lüləsinə qoyaraq atəş açır. Atəş gəminin gövdəsini dağıdır və onu batırır. Beləliklə, Seyid çavuşun bu qəhrəmanlığı düşmənin geri çəkilərək qаçmаsınа səbəb olur.

Çanaqqala Şəhidləri Abidəsi 1915-ci ildə Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşlərində həlak olan türk əsgərlərinin xatirəsini əbədiləşdirib. Abidənin təməli 1954-cü ildə qoyulub və 1960-cı ildə isə tikintisi başa çatıb.

Burada təxminən 56 min simvolik olaraq salınmış məzar var və onların hər birinin üzərində bu torpaqlarda 20-yə yaxın şəhid düşmüş əsgərin adı, soyadı, atasının adı, doğum tarixi həkk olunub. Bu torpaqların hər qarışı şəhid qanı ilə suvanıb. Türkiyənin tanınmış şairi Necmettin Halil Onanın "Bilmeden gelip bastığın bu toprak" şeirində dediyi kimi:

Dur yolcu! Bilmeden gelip bastığın

Bu toprak, bir devrin battığı yerdir.

Eğil de kulak ver, bu sessiz yığın

Bir vatan kalbinin attığı yerdir.

Bu ıssız, gölgesiz yolun sonunda

Gördüğün bu tümsek Anadolu'nda,

İstiklal uğrunda, namus yolunda

Can veren Mehmed’in yattığı yerdir.

Məlumata görə, Çanaqqala savaşında 3 minə yaxın azərbaycanlı türk qardaşları ilə çiyin-çiyinə düşmənə qarşı döyüşərək şəhid olub.

Şəhidliyin qarşısında bu torpaqların azadlığı uğrundakı döyüşlərdə qəhrəmanlıqla həlak olmuş azərbaycanlıların əziz xatirəsi ilə bağlı lövhə qoyulmuşdu. Lövhənin yuxarı hissəsində Azərbaycan və Türkiyə bayraqlarının həkk olunması bizi xüsusilə qürurlandırdı.

Məzarlıqda diqqətimi soydaşımız Zeynalabdin oğlu Məşədi Əlinin (Zeynel Abidin oğlu Meşhet Ali 57. Alay-er-Bakü Azetbaycan 1877-23.05.1915) yazılmış lövhə cəlb etdi.

Azərbaycanlıların türk ordusu sıralarında müxtəlif cəbhələrdə, o cümlədən Çanaqqalada döyüşmələri bir daha təsdiq edir ki, hətta müstəqil dövlətləri olmadığı və çarizm istibdadı altında inlədikləri dövrdə də azərbaycanlılar türk qardaşlarının yanında olmuş, Türkiyənin ərazi bütövlüyü uğrunda onlarla bir yerdə, bir cəbhədə, bir səngərdə döyüşmüşlər. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının əzəli və əbədi olduğunu sübut edir...

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video